Mövzu 35
Çıxış rabitəsinin yaradılması
Çıxış rabitəsi yaradılan zaman yerinə yetirilən əməliyyatlar stansiyadaxili rabitənin iki iki mərhələsində olduğu kimi yerinə yetirirlər. Çıxış rabitəsinin sonrakı mərhələsi rəqəmlərin təhlili qurtardıqdan sonra başlayır. Belə ki, yaradılacaq rabitənin çıxış rabitəsi olması təyin edildikdən sonra RİB bloku stansiya verilənlərə əsasən boş birləşdirici xətti seçir və birləşdirici xətlərin siqnallaşma sistemi moduluna (SSM-DT) rabitə yaratmaq üçün sorğu göndərir. SSM-DT həmin birləşdirici xətti çıxış rabitəsi yaratmaq üçün hazırlayır. Əgər seçilmiş birləşdirici xətt ayrılmış siqnal kanalı ilə təmin edilmişdirsə, onda birləşdirici xətlər modulu ehtiyatada olan MFC-dən istifadə olunmasını təmin edir. Bundan sonra həmin modul digər ATS-ə məşğul edilmə sorğusunu göndərir. “Məşğul edilmə” siqnalının təsdiqini aldıqdan sonra bu modul çağırılan ATS-in RİB blokuna rabitə yaradılmasını təmin etmək üçün sorğu göndərir. Həmin ATS-in RİB-dən verilən informasiyanı qəbul edən SSM-TD MFC registrinə və ya məlumat göndərəcək modula komanda göndərir ki, çağrılan abunəçinin nömrəsini versin.
Rabitə yaradılması haqqında tam informasiyanı qəbul etdikdən sonra çağırılan abunəçinin xəttinin vəziyyəti yoxlayır. Əgər çağrılan abunəçi xətti boşdursa uzaqda yerləşən ATS çağrılan abunəçiyə çağırış siqnalı göndərir və bu haqda çağıran abunəçiyə məlumat verir. Çağırılan abunəçinin ATS-də RİB bloku MFC registrini azad edir və çağrılan abunəçi xəttini danışıq dövrəsinə qoşur. Bundan sonra çağıran abunəçinin aparatına digər ATS-dən çağırışa nəzarət siqnalı göndərilir. Çağırılan abunəçi cavab verdikdə hər iki telefon apparatı arasında danışıq dövrəsi yaradılmış olur. Çıxış rabitəsinin yaradılması sxemotik olaraq şəkil 8.14-də göstərilmişdir.
Şəkil 8.14-də oxlar üzərində göstərilən rəqəmlər ATS daxilində əməliyyatların yerinə yetirilməsi ardıcıllığını göstərir.
Çağıran abunəçidən otboy siqnalı daxil olduqda onun ASL komplektindən RİB blokuna dövrənin açılması sorğusu göndərilir. RİB bloku həm çağıran həm də çağrılan SSM tərəfin modullarına dövrənin açılması barədə komanda göndərir. Bundan sonra RİB çağıran abunəçinin komplektini azad edir. Daha sonra birləşdirici xətlər modulu (SSM-DT) digər ATS-in abunəçisinə dövrənin açılması barədə komanda göndərir və vaxt qurğusunu işə salır. Vaxt tamam olan kimi və ya digər tərəfdən təsdiq cavabı aldıqda SSM-DT stansiyalararası birləşdirici xətti azad edir və bütün qurğular ilk vəziyyətə qayıtmış kimi qeydə alınır.
Dostları ilə paylaş: |