Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


C&C08 ATS-in texniki xüsusiyyətləri və üstünlükləri



Yüklə 474,5 Kb.
səhifə33/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
C&C08 ATS-in texniki xüsusiyyətləri və üstünlükləri
C&C08 ATS-in maksimum tutumu 800000 abunəçi xətti və ya 180000 birləşdirici xəttə qədər artırıla bilər.

ATS-də çox səviyyəli paylanmış idarəetmə sisteminin tətbiq edilməsi informasiyaların emal sürətini 6000 K BHCA-ya çatdırmağa imkan vermişdir.

ATS-ə qoşula bilən abunəçi aparatlarının sayından və interfeyslərin növündən asılı olaraq müxtəlif növ yarımstansiyaların tətbiqi sahəsində telefon şəbəkəsinin tutumu artırılır və optik lifli xətlər abunəçi mənzillərinə qədər yaxınlaşdırırırlar.

C&C08 ATS-i İTU-T və ERİ-nin tələbatlarına uyğun olaraq ÜİTS (PSTN) inteqral xidmətli rəqəmli şəbəkə-İXRŞ (İSDN) və s. xidmətlərini yüksək səviyyədə təmin edir. Mehmanxana abubəçilərinə rabitə xidmətini yaxşılaşdırmaq üçün hotel interfeys, NP və s. tipli xidmət növləri də ATS-də nəzərdə tutulmuşdur.

Mövcud texniki standartlara və İTU-T-in təkliflərinə uyğun olaraq C&C08 ATS-in siqnallaşma növləri R2. TUP, İSUP, TCAP, SCGP, və SSİ siqnallaşmaları ilə işliyə bilir. Bundan əlavə ATS siqnallaşmanın monitorinq funksiyasını təqdim etməklə real zaman rejimində çağırışların birləşmə prossesinə nəzarət etmək imkanə verir.

Eyni tip platalar yaratmaq, onları universal etmək məqsədi ilə C&C08 ATS-də 0.18-dən 0.35 mkm səviyyəli xüsusiləşmiş inteqral microsxemlərdən istifadə edilmişdir. Sistemin hər bir xəttinin ən böyük yüklənmə saatında sərf etdiyi enerji 0.52 Vt,adi vaxtlarda isə 0.3 Vt-dur.

C&C08 ATS-in proqram təminatı modul prinsipi əsasında qurulmuşdur, SDL üsulundan istifadə edilməklə C dilində yazılmışdır və etibarlı əməliyyat sisteminə malikdir.

C&C08-in texniki xidmət sistemi olan O&M klent/server sturuktunu istifadə edir. O&M şəbəkə idarəetmə mərkəzi və bilink mərkəzi ilə rabitə yaratmaq üçün müxtəlif növ interfeyslər təqdim edilir. Sistemin istismar və texniki xidmətləri üçün O&M istifadəçiərinin qrafiki interfeyslərə (GUİ) malikdir.

C&C08 tipli ATS müxtəlif Bilinq funksiyalarını CENTREX abunəçiləri üçün on-lin hesabı və şəhərlərarası qovşaq üçün `ağ-qara` vərəqləri təqdim etməyi yerinə yetirir.



Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin