Bölüşdürülən avadanlıqlar modulu BAM modulu iki platadan təşgil olunur. Onlar SPD və SRC plataları adlanırlar. SPD platası tonal siqnalları hasil edərək istifadəçilərin tələblərindən asılı olaraq dinamik üsulla onları xəttlərə qoşur. SRC platası SPD platası ilə eyni struktura malikdir. Lakin SRC platası başqa proqramla yüklənir və başqa funksiyaları yerinə yetirir. Belə funksiyalara tonal siqnalların qəbulu, MFC, CİD çevrilməsi, videokonfrans və s. aiddirlər. Bütün bu avadanlıqlar BAM vasitəsi ilə dinamiki olaraq paylaşdırırlar.