Xətti interfeys modulu (LİM).
Xətti interfeys modulu əsas 3 növ interfeys əlaqəsini yaratmağa imkan verir.Bu interfeysləri nəzərdən keçirək.
1. 40,96 Mbit/s sürətli xarici optik interfeys, OBC/RBC platası ilə yaradılır və KM modullarının qoşulması üçün istifadə edilir. Ondan həm də xarici sistemlərlə siqnallaşma üçün istifadə edilir.
2. Eİ/Tİ interfeysi. Belə interfeys E16/T16 platası vasitəsi ilə təqdim edilir. Bu interfeyslərdən yarımstansiya kommutasiya modulları-YKM ilə rabitə yaradılarkən istifadə edilir. Bu interfeys YKM moduluna qoşulduqda rabitə daxili siqnallaşma vasitəsilə yaradılır. Digər qurğulara qoşulan zaman siqnal informasiyaları R2, CAS,1/3 bit, №5 və 7 saylı siqnallaşma sistemləri vasitəsilə həyata keçirilir ki, buda şəbəkənin təlabatı və imkanlarına müvafiq olur.
3. SDH155 Mbit/S interfeysi STU platası vasitəsi ilə təqdim edilir. Bu interfeys SDH veriliş şəbəkəsinə birbaşa qoşulmağa imkan verirki, oda digər xarici qurğularla əlaqə yaratmaq üçün vacibdir.
Şəkildə aşağıdakı interfeyslər təsvir edilmişdir:
-SDH interfeys – SDH interfeysi;
-E1/T1 interfeys - E1/T1 interfeysi;
-İntemal optik interfeys- daxili optik interfeys.
Dostları ilə paylaş: |