Qəza siqnallaşmasının inteqrallaşdırılmış bloku
Qəza siqnallaşma bloku ardıcıl port vasitəsilə ƏİM sisteminə vəya işçi stansiyaya qoşulur. Bu qurğu qəza siqnallarını səs və işıq siqnalı formasında hasil edir. Belə siqnallar sistemdə baş verən qəzanın səviyyəsini, növünü və yerini bildirirlər. Belə siqnallara əsasən operator sistemə qəzanın baş vermə yeri və səbəbi haqqda sorğu verə bilir və onlar barədə daha dəqiq məlumat ala bilir. Qəza siqnallaşması sisteminin tərkibinə: elektrik qida sisteminin qəza siqnallaşması, akkumlyator sisteminin qəza siqnallaşması, avtozalın qəza siqnallaşması və təhlükəsizlik sisteminin qəza siqnallaşması aiddirlər.
Dostları ilə paylaş: |