FəNNİNİn predmeti


MÖVZU 10: COREL DRAW PROQRAMININ INTERFEYSI



Yüklə 0,6 Mb.
səhifə15/23
tarix20.05.2018
ölçüsü0,6 Mb.
#51006
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

MÖVZU 10: COREL DRAW PROQRAMININ INTERFEYSI.



Plan:

    1. Corel Draw proqramının interfeysi.

    2. Sadə xətlərin, fiqurların, çoxbucaqlıların qurulması, onların qalınlığı və növləri.

    3. Fiqurların rənglənməsi.

    4. Mətn ilə iş.
  1. Corel Draw proqramının interfeysi.


Corel Draw proqramının interfeys elementlərinə ilk növbədə sərlövhə sətrini, sonra menyu sətrini, üç alətlər panellərini (Standard, Property Bar, Toolbox), palitra adlanan rənglər çoxluğunu, vəziyyət sətrini (Status Bar) aid etmək olar.

сярлювщя сятри

менйу сятри

алятляр панели

алятляр панели

алятляр панели

вязиййят сятри

паритра


üymələri

imi File,


Standard alətlər paneli yeni qrafika yaratmağa, yaddaşda olan qrafik faylı açmağa, çap



Sərlövhə sətrində sənədin və proqramın adı sol hissədə, pəncərənin idarəetmə d isə sağ hissədə əks olunur.

Menyu sətri əsas əmrlər seriyasını saxlayır. Menyu sətrinin ən vacib bəndləri k Arrange, Effects, Bitmap, Text göstərmək olar.

etməyə, görünmə faizini seçməyə, fraqmenti mübadilə buferinə yerləşdirməyə və ya oradan gətirməyə və bir sıra digər əməliyyatlar aparmağa xidmət edir.

Property bar alətlər paneli vasitəsilə seçilmiş obyektin eni, uzunluğu, sol və sağ kənarlardan yerləşdiyi məsafələr, fırlanma bucağı və bir sıra başqa xüsusiyyətlərinə baxmaq və dəyişmək olur.

Toolbox alətlər paneli vasitəsilə xətlər, fiqurlar, əyrilər çəkib, onlara rəng, qalınlıq, daxili boya, kölgə və bir sıra digər xüsusiyyətlər mənimsətmək olur.

Proqram pəncərəsinin adətən sağ hissəsində yerləşmiş Palette, yəni rənglər palitrası vasitəsilə istər xətt, istərsə də fiqur üçün istənilən rəng çalarını seçmək olur.


Pəncərənin aşağı hissəsində yerləşmiş Status Bar vəziyyət sətri vasitəsilə maus göstəricisinin cari koordinatları, eləcə də seçilmiş obyektin uzunluğu (Width) və hündürlüyü (Height), tipi və piksellərlə həlli barədə məlumat almaq olur.

  1. Sadə xətlərin qurulması, onların qalınlığı və növləri.


Sadə xətt qurmaq üçün Toolbox alətlər paneli üzərində Freehand Tool

alətindən istifadə etmək olar. Eyni bir Freehand Tool aləti vasitəsilə Bezye əyrisini (Bezier), sınıq xətti (Polyline), əlaqələndiriciləri (Connector), 3-nöqtəyə görə əyri (3 Point Curve) qurmaq olur. Çoxbucaqlı qurmaq üçün Polygon Tool alətindən istifadə etmək olar və qurulmuş çoxbucaqlının bucaqları sayını istənilən göstəriciyə gətirmək olar. Bunun üçün Property Bar alətlər paneli üzərində Number of points sayğacının göstəricisini dəyişmək lazımdır. Eyni ilə Polygon Tool aləti vasitəsilə ulduz və spiral fiqurlarını qurmaq olar. Toolbox alətlər paneli üzərində Ellipse Tool aləti vasitəsilə ellips və çevrə, Rectangle Tool aləti vasitəsilə düzbucaqlı və kvadrat, Basic Shapes aləti vasitəsilə avtofiqurlar qurmaq olur.
Qurulmuş xətlərin və fiqurların sərhəd xətlərinin qalınlığını, növünü düyün nöqtələrinin formasını dəyişmək üçün Outline alətindən istifadə olunur.

Daha dəqiq desək, Outline alətinin yerləşdiyi açılan siyahıda Outline Pen... dialoq pəncərəsini aktivləşdirmək lazımdır.




Ekrana açılan eyniadlı pəncərədə xəttin rəngini (Color) , enini (Width), düyün nöqtələrinin formasını (Corners), xəttin başlandığı və bitdiyi nöqtənin formasını təyin etmək olur.



  1. Fiqurların rənglənməsi.

Qurulmuş fiqurun daxili hissəsini bir, iki və daha çox rənglə boyamaq üçün Toolbox

alətlər paneli üzərində olan Fill alətinə müraciət etmək lazımdır:


Bu alətin məxsus olduğu açılan siyahıda bir neçə daxili boya (zalivka) variantlarından istifadə etmək olar. Belə ki, Uniform fill variantı ilə fiqurun daxili hissəsini yalnız monoton, yəni bir rəngə boyamaq olur. Fountain fill variantı ilə fiqurun daxili hissəsini iki və daha çox rəngdə boyamaq mümkündür:





Pattern fill aləti ilə fiqurun daxilinə hazır bəzəklərdən və ya hazır şablonlardan birini yerləşdirmək olur. Bu halda bəzəyi təşkil edən təkrarlanan fiqurun ölçülərini Size çərçivəsində dəyişmək olur.


  1. Mətn ilə iş.

Qeyd edək ki, Corel proqramı mətn üzərində iş üçün kifayət qədər geniş imkanlar təklif edir. İlk öncə mətni yazmaq üçün Toolbox alətlər paneli üzərində olan Text Tool alətini seçmək lazımdır, daha sonra kursoru lazımi mövqeyə yerləşdirib tələb olunan mətni yığmaq lazımdır.

Daxil edilmiş mətni hər hansı əyri boyu tənzimləmək üçün əvvəl mətni seçirik, sonra Text menyusundan Fit Text To Path əmrini seçirik və bu zaman mausun göstəricisi qalın bir oxa çevrilir.


Bu qalın oxu gətirib xətti seçmək lazımdır. Nəticədə mətn əyri boyunca istiqamətlənəcək:



Mətnə hətta istənilən üçölçülü forma da vermək olar. Bu məqsədlə Toolbox alətlər paneli üzərində olan İnteractive Extrude Tool alətindən istifadə etmək olar:


Mətnə xusüsi üçölçülü kölgə effekti vermək üçün Toolbox alətlər paneli üzərində olan Drop Shadow alətinə müraciət etmək lazımdır. Bunun köməyilə istənilən istiqamətdə və şəffaflıqda olan kölgə yaratmaq və dəyişmək mümkündür.

Əgər yazılmış mətnin bəzi hissələrini bədii formaya salmaq istəyiriksə, onda Toolbox alətlər paneli üzərində İnteractive Envelope Tool alətini aktivləşdirmək tələb olunur. Bu zaman mətnin ətrafında yaranan markerlərdən tutaraq onu istənilən formaya gətirmək olur:

Mətnə istənilən istiqamətdə şəffaflıq vermək üçün İnteractive Transparency Tool alətinə müraciət etmək lazımdır və şəffaflaq dərəcəsini xüsusi marker ilə təyin etmək lazımdır.



Bu mühazirədə Corel proqramının imkanları yalnız qismən nəzərdən keçirilmişdir. Təsvirlərin emalı, üçölçülü çevrilməsi, konteyner daxilinə yerləşdirilməsi, təsvirin müxtəlif rəng rejimlərinə çevrilməsi və bir sıra digər vacib əməliyyatlar digər növbəti mühazirədə nəzərdən keçiriləcəklər.


Ədəbiyyat:


  1. CorelDRAW X3. V podlinnike, Mixail Burlakov, 2006.

  2. CorelDRAW X4. Naçali!, A. Jvalevskiy, D. Donüov, 2008.

  3. CorelDraw X4 s nulə! Kniqa + Videokurs, 2008.

  4. İnteraktivnıy kurs CorelDRAW X4, 2008.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin