FəNNİNİn predmeti


MÖVZU 11: COREL DRAW PROQRAMINDA RASTR ÇEVRILMƏLƏR, FIQURLARLA IŞLƏMƏ



Yüklə 0,6 Mb.
səhifə16/23
tarix20.05.2018
ölçüsü0,6 Mb.
#51006
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

MÖVZU 11: COREL DRAW PROQRAMINDA RASTR ÇEVRILMƏLƏR, FIQURLARLA IŞLƏMƏ



Plan:

    1. Corel Draw proqramında rastr çevrilmələr.

    2. Corel Draw proqramında fiqurların kəsişməsi, birləşməsi və çıxılması.

    3. Corel Draw proqramında fiqurların nizamlanması və paylanması.

Mühazirə mətni.




  1. Corel Draw proqramında rastr çevrilmələr.

Corel Draw proqramında təsvir üzərində istənilən rastr çevrilmələr aparmaq üçün ilk növbədə onu rastr formata gətirmək lazımdır. Bunun üçün həmin təsviri seçib, BitmapsConvert to Bitmap əmrini icra etmək lazımdır:

Nəticədə ekrana çıxan eyniadlı Convert to Bitmap pəncərəsində münasib rəng sxemini təyin edib Ok düyməsini basmaq lazımdır. Misal üçün, təsviri 24-bitlik RGB rastr formatı çox


əlverişli bir rəngli sxem təşkil edir:

Bundan sonra təsvir üzərində istənilən rastr çevrilmələr aparmaq mümkündür. Bu çevrilmələri nəzərdən keçirək:



  1. Təsvirdəki rəng çalarlarının avtomatik tənzimlənməsi üçün BitmapsAuto Adjust əmrini icra etmək lazımdır:



  1. Təsvirdən istənilən rəng çalarının gizlədilməsi (həmin rəng çalarının yerində şəffaf fon yaranır) üçün BitmapsBitmap Color Mask əmrini icra etmək lazımdır. Bundan sonra pəncərənin sağ hissəsində açılan eyniadlı Bitmap Color Mask pəncərəsində Hide Colors opsiyasını seçirik, Color Selector aləti vasitəsilə gizlədilməsi tələb olunan rəngi təsvir üzərində qeyd edirik, gizlədilmə dərəcəsini Tolerance zolağı vasitəsilə seçib Apply düyməsini basırıq:




əsvirin istənilən küncünü və hətta künclərini burmaq üçün



Təsvirə üçölçülü effekt olaraq üçölçülü fırlanma tətbiq etmək üçün Bitmaps3D Effects3D Rotate... əmrini seçmək lazımdır. Nəticədə ekrana çıxan eyniadlı 3D Rotate pəncərəsində qıfıl şəklində olan avtomatik əks olunma rejimini aktivləşdirib təsviri fəzada fırlatmaq olar:


  1. T Bitmaps3D

EffectsPagавeтоCмuаrтlикəmякrсinолi уsнeмçаmрəеkжиlмazиımdır. nəticədə ekrana çıxan eyniadlı pəncərədə 4 küncdən birini, burulan hissənin şəffaf (Transparent) və ya qeyri-şəffaf (Opaque) olmasını, buruğun rəngini (Curl) və fonun rəngini (Background), burulma istiqamətini (Direction) təyin edib Ok düyməsi basılır:


  1. Təsvirin konturlarının cızlanması üçün BitmapsContourFind Edges... əmrini seçirik və açılan eyniadlı pəncərədə Soft (Qeyri-kəskin) və ya Solid (Kəskin) opsiyalarından birini seçirik, Kontur xətlərin dərinliyini (Level) müəyyən edirik və avtomatik əks olunma rejimini aktivləşdirib həmin effekti izləyirik, sonra isə tətbiq edirik:



  1. Təsvirin kənarlarını hazır bəzəkli şablona gətirmək üçün BitmapsCreativeFrame əmrini seçirik, sonra isə açılan eyni adlı pəncərədəki açılan siyahıdan bəyəndiyimiz bəzək şablonunu seçib Ok ilə təsdiqləyirik:




  1. Təsviri vinetka halına çevirmək üçün BitmapsCreativeVignette... əmrini seçmək lazımdır. Nəticədə ekrana açılan eyni adlı pəncərədə vinetkanın formasını (Ellipse-ellips, Circle- çevrə, Rectangle-düzbucaqlı, Square-kvadrat), kənarların rəngini və şəffaflıq dərəcəsini müəyyən edib Ok ilə təsdiqlədirik:



  1. Corel Draw proqramında fiqurların kəsişməsi, birləşməsi və çıxılması.

Corel Draw proqramında hazır standart fiqurlar ehtiyyatından istifadə edərək istənilən mürəkkəb fiqurlar yaratmaq olar. Məsələn, adi iki çevrənin kəsişməsini, birləşməsini və fərqini təyin etmək üçün ArrangeShapingShaping əmrini seçmək lazımdır. Nəticədə ekrana çıxan Shaping pəncərəsində Weld əmri bu fiqurları birləşdirir. Birləşdirmə əmrini icra etmək üçün əvvəl birinci fiqur seçilir, sonra Weld To düyməsi seçilir, üçüncü addımda isə ikinci fiqur seçilir və nəticədə bu fiqurlar avtomatik birləşdirilir:

İki fiqurun kəsişməsini tapmaq üçün Shaping pəncərəsindən İntersect əmri seçilir. Əvvəl birinci fiqur seçilir, sonra İntersect With düyməsi seçilir, sonra isə ikinci fiqur seçilir və iki fiqurun ortaq hissəsi tapılır:



Bir fiqurun tərkibindən digər fiquru çıxmaq üçün Shaping pəncərəsindən Trim əmri seçilir, sonra çıxılan fiqur seçilir, daha sonra Trim düyməsi seçilir və bundan sonra azalan fiqur seçilir. Bunun nəticəsi olaraq birinci seçilmiş fiqur ikinci seçilmiş fiqurun tərkibindən itirilir:



Qeyd edək ki, standart fiqurlar üzərində mürəkkəb əməliyyatlar aparmaq olur. Belə ki, adi çevrəni Toolbox paneli üzərində olan Knife Tool (Bıçaq Aləti) vasitəsilə hissələrə ayırmaq mümkündür:


Məsələn, çevrənin tor xətlərini Toolbox paneli üzərində olan İnteractive Mesh Fill Tool vasitəsilə əks etdirib, həmin çevrənin daxili hissələrini istənilən rəng çalarları ilə boyamaq olur:





  1. Corel Draw proqramında fiqurların nizamlanması və paylanması.

Corel Draw proqramında bir neçə fiqurları nizamlamaq üçün həmin fiqurları ümumilikdə seçib ArrangeAlign and DistributeAlign and Distribute... əmrini icra etmək lazımdır. Nəticədə ekrana eyni adlı pəncərə çıxır. Bu pəncərədə şaquli istiqamətdə nizamlama aparmaq üçün pəncərənin Align səhifəsində Top-yuxarı, Center-mərkəzdən, Bottom-aşağı bayraqcıqları, üfiqi istiqamətdə nizamlama aparmaq üçün Left-soldan, Center-mərkəzdən, Right-sağdan bayraqcıqları istifadə olunur.

Seçilmiş obyektləri paylamaq üçün eyni pəncərənin Distribute səhifəsində müvafiq bayraqcıqları aktivləşdirmək lazımdır. Bu səhifədə iki opsiyadan birini seçmək olar: extend of selection-seçimin çərçivəsinə görə, extend of page-səhifənin sərhəddinə görə.

Qeyd etmək vacibdir ki, təsvirlər və fiqurlar üzərində müxtəlif effktlər əldə etmək üçün Effects menyusundan istifadə etmək olar. Məsələn, çevrə və təsvir mövcud olarsa, onda çevrəyə linza effekti tətbiq etmək üçün EffectsLens seçmək lazımdır. Nəticədə ekrana çıxan eyniadlı pəncərədə açılan siyahıdan linzanın növünü seçib Apply düyməsini sıxırıq:

Təsviri düzbucaqlı çərçivəyə yerləşdirmək üçün onu seçib EffectsRolloverCreate Rollover əmrini icra etmək lazımdır. Nəticədə təsvir sərhədləri görünməyən düzbucaqlı çərçivəyə yerləşdirəcək və onun künclərini eyni anda və eyni dərəcədə yuvarlamaq mümkün alacaq. Təsviri əvvəlki hala gətirmək üçün EffectsRolloverExtract Rollover Objects əmrini icra etmək tələb olunur:

Təsvirə də mətn kimi perspektiva verib istənilən qaydada əymək olur. Bunun üçün təsviri seçib EffectsAdd perspective əmrini icra edirik:


Ədəbiyyat:


  1. CorelDRAW X3. V podlinnike, Mixail Burlakov, 2006.

  2. CorelDRAW X4. Naçali!, A. Jvalevskiy, D. Donüov, 2008.

  3. CorelDraw X4 s nulə! Kniqa + Videokurs, 2008.

  4. İnteraktivnıy kurs CorelDRAW X4, 2008.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin