Fənn:Öyrənilən əsas dil qrup: Q11 Kurs: Müəllimə: İlhamə Şıxıyeva Tələbə



Yüklə 63,06 Kb.
səhifə2/3
tarix10.12.2023
ölçüsü63,06 Kb.
#139003
növüYazı
1   2   3
Yazının tipləri və inkişafı

Şəkli yazı- məlumatların şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli yazı deyilir. Piktoqrafik yazı da adlanır. Piktoqrafiya 2 sözdən ibarətdir. Birinci piktus latın sözü “şəkli çəkilmiş”, ikincisi grapho yunan sözü “yazıram” deməkdir. Piktoqrafik yazıdakı hər bir ünsür piktoqram adlanır. Bu yazıda hər şəkil bir və ya bir neçə cümləni əks etdirir. Yəni belə yazıda nitq sözlərə bölünmür, bütöv cümlələrlə ifadə olunur. Yazının bu ilk tipi çox qədim tarixə malikdir. Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı yüzlərlə şəkillər çəkmişlər. Lakin bu şəkillərin heç də hamısını yazı hesab etmək olmaz.
Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya digər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb.
Piktoqrafik yazılarla ifadə edilən mövzuların əhatə dairəsi o qədər də geniş olmamışdır. Əsasən ov səhnələri, vuruş və qaçış hadisələri, ticarət müqavilələri
və s.
İnsanların dünyagörüşləriylə əlaqədar olaraq ilk dövrdə əşya və yaxud hərəkət göstərilirdisə də get-gedə mücərrəd anlayışları ifadə etmək tələbi yaranmışdır. Mücərrəd anlayışlar üçün bir neçə formadan istifadə olunurdu. Məs: “cəldlik” sözü üçün qol əvəzinə qanad çəkilmiş, “müharibə” anlayışı üçün ox hazır vəziyyətdə təsvir edilmişdir.
Bu yazıdan daha çox Şimali Amerika hindliləri istifadə etmişlər. Eyni zamanda qədim şumer və misirlilərdə də təsadüf olunmuşdur.
Bu yazıdan başqa xalqlar kimi Azərbaycanda da istifadə olunmuşdur. Təkcə Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvir var və bu təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Qazaxda və Gədəbəydə də piktoqramlar tapılmışdır.
Şəkli yazıdan son zamanlara qədər Nasi xalqı da istifadə etmişdir. Nasi dili Çində yayılmış və bu dil Çin-Tibet dilləri ailəsinə məxsusdur.
Bu yazı sonralar bir o qədər də əlverişli olmamışdır. Buna görə də fikri yazı yaranmağa başlamışdır.
Fikri yazı- Nitqdəki sözlərin şəkillər vasitəsi ilə deyil, ideoqramlarla əks olunmasına ideoqrafik və ya fikir yazı deyilir. İdeoqrafiya 2 yunan sözündən ibarətdir. Birinci ideya “anlayış”, ikinci isə grapho “yazıram” mənasını bildirir. Heroqlif və digər işarələr də ideoqrafik yazı sisteminə daxildir.
İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər işarə bütöv sözü, yaxud sözün mənalı hissəsini bildirir. Bu səbəbdən bu yazı sistemi eyni zamanda söz yazısı da adlanır. Bu yazı 2 səbəbə görə yaranmışdır:
1. Şəkli yazı inkişaf edərək əşyanın özünü əks etdirməyib, onun şərti işarələrlə ifadə edəcək qədər təkmilləşdir. Məs: Çinlilər piktoqrafik yazıda günəş sözünü bildirmək üçün günəş şəkli çəkilirdisə, indi günəşə oxşamayan heroqliflər çəkilirdi. Burdan biz bu nəticəni çıxara bilərik ki, şəkil və əşya arasındakı oxşarlıq kəsilmişdir.
2. Piktoqramlarla mücərrəd anlayışları vermək mümkün deyildir.
Bundan başqa ideoqrafik yazının əmələ gəlməsiylə bağlı çox fikirlər vardı. İ.Qelb, R.Vulli, Ç.Loukotka, D,Diringer və başqaları bu yazının bir ölkədə və bir xalq tərəfindən yarandığını söyləyirlər. Bəziləri Misirdə, bəziləri isə Şumerdə yarandığını qeyd edirdi. Lakin V.İstrin bele bir nəzəriyyənin əksinə olaraq Şumer, Misir və Çin yazılarının bir-birindən fərqləndiyini, hər birinin müstəqil yolla təşəkkül tapdığını söyləmişdir.
İdeoqrafik yazı kimi müxtəlif ornomentlərlə bəzədilmiş ştamp yazıları, ton və keramik yazılar da var idi. Elə kalliqrafik yazıların ilk nümunələri də o zaman yaranıb. Məlumdur ki, İslam mədəniyyətində canlı aləmin şəklini bilavasitə vermək qadağandır. Ancaq təsviri sənət vasitəsilə onu dolaylı yolla vermək olar. Məs: “Bismillah” sözünü şriftlərlə leylək şəklində verirlər. Bu kalliqrafik yazı nümunəsidir. Ümumiyyətlə kalliqrafik sözü yunanca “kallos” gözəllik, “grapho” yazı mənasına gəlirdi.
Ən qədim ideoqrafik yazılarından biri də Misir yazısıdır. Bu yazının inkişaf dövründə 3 yazı forması meydana çıxmışdır:
1.heroqlif 2.heratik 3.demotik
Heroqlif - Misir yazısının ilk formasıdır. Bu yazıdan təntənə məqsədiylə istifadə olunurdu. Heroqliflərin müəyyən hissəsi bitki, əşya, quş şəkillərindən ibarət olmuşdur.
Heratik - heroqliflər təkmilləşmiş, sxematik şəkil xarakterindən uzaqlaşmışlar. Həmin yazıda dolaşıq xətlər get-gedə çoxalmışdır. Əsasən, elmi məsələləri əks etdirmək üçün istifadə olunurdu.
Demotik - demotik xəlqi deməkdir. Bu yazı zahiri cəhətdən həm heroqlif, həm də heratik yazıdan fərqlənir. Çünki daha asan və sadədir. Bu səbəbdən yunanlar onu xəlqi yazı adlandırmışlar. Misirlilər ictimai həyatlarında demotik yazıdan geniş istifadə edirdilər.
Misir yazısı çox böyük əhəmiyyətə malikdir. Bu yazı başqa yazılara, o cümlədən minoy yazısına da təsir göstərmişdir.
Çin yazısı da ideoqrafik olub, son dərəcə çətin quruluşa malikdir. Bu yazı Çində bizim eradan əvvəl meydana çıxmışdır. Arxeoloqların tapdığı yazılı heyvan sümükləri dəqiq olmasa da təxminən eradan 15 əsr əvvələ aid olunur. Çin yazısı da piktoqramlar əsasında yaranıb. Buna görə də bir sıra heroqliflərdə şəkli yazıdan qalan izlər özünü göstərir. Məs: “adam” anlayışı əvvəlcə adamı xatırladan işarələrlə əks olunmuş , daha sonra təkmilləşmişdir. Çin heroqliflərində əsrlər boyu dəyişikliklər olsa da, ideoqrafik yazıdan irəli keçə bilməmişdir. Buna görə də qədim yazı texnikasını bugün də saxlamaqdadır. Bu dildə simvolların sayı 2500-dən 50000-ə qədər artıb. Amma ədəbi dil olan Mondrian-Çin dilində 4 tenomdən istifadə olunur.
Hazırda dünya əhalisinin təxminən, 25%-i ideoqrafik yazıdan istifadə edir.

Yüklə 63,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin