Fənn:Öyrənilən əsas dil qrup: Q11 Kurs: Müəllimə: İlhamə Şıxıyeva Tələbə



Yüklə 63,06 Kb.
səhifə1/3
tarix10.12.2023
ölçüsü63,06 Kb.
#139003
növüYazı
  1   2   3
Yazının tipləri və inkişafı




Fakültə: Filologiya
İxtisas:Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Fənn:Öyrənilən əsas dil 1
Qrup: Q11
Kurs:1
Müəllimə: İlhamə Şıxıyeva
Tələbə: İbrahimli Sahilə
Mövzu:Yazı tipləri və inkişafı

Yazının tipləri və inkişafı



Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günki formaya gəlib çatmışdır. Yazının necə yarandığını tapmaq üçün əvvəlcə biz düşünməliyik ki, Yazı niyə yarandı? Axı şifahi şəkildə ünsiyyət mövcud idi. Bunu tapmaq üçün biz tarix elminə müraciət edirik. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur. Lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Demək: Yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır.
Lakin Yazının yaranmasında bütün tayfa və xalqların iştirak etdiyini düşünmək də doğru olmaz. Müasir dövrdəki yazısı olmayan xalqlar buna aydın sübutdur. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də indikindən fərqli olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi yazı birdən-birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu.
Bəzi xalqlar diri heyvan yollamaqla fikirlərini bildirməyə çalışırdı. Məs: 513-cü ildə İran şahı Dara Skiflərin özlərini məğlub olmuş kimi hiss etmələri üçün torpaq və su göndərmişdir. Bəzi alimlərin qeyd etdiyi kimi bu simvolik siqnaldır. Yəni hər əşya başqa bir mənanı ifadə edir.
Qədimdə insanlar müəyyən məlumatı məkan və zamanla əlaqədar olaraq uzağa çatdırmaq üçün kəndir və yaxud ipi düyümləmək vasitəsindən istifadə etmişdirlər.
Fikri düyünlər vasitəsilə (Quipi) ifadə etmək farslar, türklər, çinlilər, meksikalılar və başqa xalqlar arasında yayılmışdır. İpi düyünləməklə həm də say anlayışını ifadə edirdilər. Məs: farslar asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın miqdarını təyin etmişlər. Perulular, meksikalılar isə ipi düyünləməklə daha mürəkkəb anlayışları ifadə edə bilirdi. Meksikada bu vasitə o qədər geniş yayılmışdı ki, onlar müqavilələri, bütöv əhvalatları belə ifadə edə bilirdi.
Bəzi məlumatlara görə, müqəddəs Mayya arasında yaşayan qədim hindlilər Koxau ronqo-ronqo adlanan həmin düyünlü yazı ilə hətta tarixi hadisəni təsvir edir və şeir də yaza bilirmişlər.
Müəyyən fikri başqasına çatdırmaq üçün qədim insanların istifadə etdikləri vasitələrdən biri də balıqqulağı olmuşdur. Şimalı Amerika hindularının bəzi tayfaları bu vasitədən geniş istifadə etmişlər.Fikrin əşyayla ifadə olunmasının bir neçə xüsusiyyəti var:
Alman alimi Johannes Fredrix əşyalarla fikir ifadə etməyi yazının primitiv başlanğıcı hesab edirdi.
Zaman keçdikcə insanlar yazını təkmilləşdirməyə başladı. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac çapmaqla müəyyən məlumat çatdırmağı bacarırdılar.
Yazının əmələ gəlməsində insanların öz bədənlərini yazmalarının da böyük əhəmiyyəti olmuşdur. İnsanlar öz bədənlərini 2 məqsədlə:
1.bədəni bəzəmək
2.müəyyən anlayış bildirmək üçün istifadə ediblər.
Alimlərin fikrinə görə, ilk dəfə tatuirovkadan ancaq bədəni bəzəmək üçün istifadə olunub. Bədəni yazmaq Polinezi adasında daha çox yayılmışdır. Yazı tarixçiləri bu məsələylə xüsusi məşğul olmuş və yazının inkişafında tatuirovkanın böyük rolunu qeyd etmişlər. Bunlar yazının ilk növü olan şəkli yazı üçün təməl oldu.
Yazının formalaşması və inkişafı dövründə onun bir neçə tipi olmuşdur. Yazının tipləri barədə müxtəlif fikirlər var. Lakin son tədqiqatlara görə müəyyən edilmişdir ki, yazının 4 əsas tipi var.
Bu yazılar hər biri xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Yüklə 63,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin