V Fəsil - Məşvərətçi Komitə
Maddə 18 - Komitənin tərkibi
1 Məşvərətçi Komitə bu Konvensiya qüvvəyə mindikdən sonra yaradılır.
2 Tərəflərin hər biri komitəyə öz nümayəndəsini və onun müavinini təyin edir. Konvensiyanın iştirakçısı olmayan Avropa Şurasının üzvü olan istənilən dövlət komitədə müşahidəçi qismində təmsil olunmaq hüququna malikdir.
3 Məşvərətçi Komitə yekdil qərarla Konvensiyanın iştirakçısı və Avropa Şurasının üzvü olmayan istənilən dövləti ayrı-ayrı iclaslarda müşahidəçi qismində təmsil olunmağa dəvət edə bilər.
Dostları ilə paylaş: |