Maddə 15 - Təyin edilmiş orqan tərəfindən göstərilən yardımla bağlı təminat
1 Digər Tərəfin təyin etdiyi orqandan məlumat alan Tərəfin təyin etdiyi orqan bu yardım haqqında müraciəti müşayiət edən və ya özünün yardım haqqında müraciətinə cavab olaraq aldığı məlumatı yardım haqqında müraciətdə müəyyən olunan məqsədlərdən başqa digər məqsədlər üçün istifadə etmir.
2 Hər bir Tərəf təyin edilmiş orqana mənsub olan və ya onun adından fəaliyyət göstərən şəxslərin belə məlumatın məxfilik və konfidensiallığı ilə bağlı öhdəlik götürməsinə nəzarət edir.
3 Heç bir halda Təyin olunmuş orqana öz iradəsilə və əlaqədar şəxsin birbaşa razılığı olmadan 14-cü maddənin 2-ci bəndində nəzərdə tutulan xaricdə yaşayan məlumat subyektinin adından müraciət etməyə icazə verilmir.
Dostları ilə paylaş: |