Tüstüyə qarşı mühafizə sistemlərinin və yanğın texniki avadanlıqların saxlanılmasına dair tələblər 1. İlk yanğınsöndürməvasitələri 1. İlk yanğınsöndürmə vasitələri (normalara uyğun olaraq) inzibati bina, mehmanxana, yataqxana və s. otaqlarda yerləşdirilir və daima hazır vəziyyətdə saxlanılması üçün ərazidə (otaqda) yanğına qarşı rejimə riayət olunmasına cavabdeh şəxsə təhvil verilir.
Yanğınsöndürmə və avadanlıq Dövlət standartlarının tələblərinə uyğun olaraq rənglənməlidir.
2. İnzibati bina, mehmanxana, yataqxananın mərtəbələrində yerləşdirilmiş odsöndürənlər eyni növlü olmalı və hər odsöndürənin üzərində onun əsas göstəriciləri və istismar qaydaları (təlimat qeydləri) əks etdirilməlidir.
3. Binada quraşdırılan odsöndürənlər daim yararlı vəziyyətdə olmalıdırlar. Doldurulmuş odsöndürənlər gözlə görünən yerdə, mümkün qədər çıxışa yaxın yerdə quraşdırılmalıdır. Onlara sərbəst yaxınlaşma təmin edilməlidir.
4. Binalarda (müəssisə, obyekt) quraşdırılmış odsöndürənlərə on gündə bir dəfə xarici baxış (köpüklü odsöndürənin qoruyucu lövhəsi və plomb yoxlanılır) keçirilməli və tozdan təmizlənməlidir. Eyni vaxtda köpüklü odsöndürənlərin çiləyicisi təmizlənilir.
5. Köpüklü odsöndürənlərin tərkib hissəsinin yararlı olması il ərzində bir dəfə yoxlanmalıdır.
6. Köpüklü odsöndürənin gövdəsinin möhkəmliyi 20 kq/kv.sm hidravlik təzyiqdə yoxlanılır.
7. Qış vaxtı (temperatur 1° S aşağı olduqda) köpüklü odsöndürənləri isidilən otaqlara köçürmək lazımdır.
8. Karbon qazlı odsöndürən həddən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır.
9. Karbon qazlı odsöndürənlərin tərkib hissəsinə çəki nəzarəti il ərzində bir dəfə keçirilməlidir.
10. Karbon qazlı odsöndürənlərin balonu hər 5 il istismarından sonra sınaqdan keçirilməlidir.
11. Balonun sınaqdan keçirilmə müddəti (balonun gövdəsi üzərində yazı, misal olaraq 1-93-98, onun sınaqdan keçirilmə vaxtı yanvar 1998-ci il tarixi olduğunu göstərir) keçmişsə və yaxud plomb qırılıbsa, onda odsöndürən dəyişdirilməlidir.
12. Karbon qazlı odsöndürəni növbəti çəki nəzarəti zamanı çəkisi OU-2 üçün 1,15 kq, OU-5 üçün 3,15 kq, OU-8 üçün 5,15 kq-dan azdırsa, odsöndürən əlavə doldurulmalıdır.
13. Daxili yanğın su kəmərlərinin yanğın kranları şlanq və lülələrlə təchiz edilməli və avadanlıq plomblanmış şkafda yerləşdirilməlidir. Yanğın şlanqları quru, düzgün yığılmış kran və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdırlar. Yanğın kranı şkafın qapısı üzərində «ÜK» indeksi, kranın sıra nömrəsi, yaxınlıqdakı yanğın hissəsinin telefon nömrəsi əks edilməlidir.
14. Altı ayda bir dəfə yanğın kranlarına texniki qulluq keçirilməli, su axıtmaqla onun iş qabiliyyəti yoxlanılmalı və nəticəni jurnala yazmaqla və yaxud akt tərtib etməklə qeydə alınmalıdır.