Fərdi sahibkarlıq təsərrüfatlarında əsas fondlardan istifadənin iqtisadi səmərəlilik göstəricilərinin hesablanması


Fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri



Yüklə 21,08 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü21,08 Kb.
#107446
1   2
Fərdi sahibkarlıq təsərrüfatlarında əsas fondlardan istifadənin iqtisadi səmərəlilik göstəricilərinin hesablanması

Fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri

Göstəricilər

2015

2016

2017

2018

2019

2015-ci ilə nisbətən 2019-da , %-lə

Fərdi təsərrüfatların sayı (ədəd)

1534

1468

955

907

910

59,32

Fərdi təsərrüfatlarda çalışan işçilərin orta illik sayı (nəfər)

7773

7127

4718

4871

4717

60,68

Fərdi təsərrüfatlarda əsas vəsaitlərin orta illik dəyəri (min manatla)

14295

33208

30781

11348

17824

124,68

Ümumi gəlir

19667

19132

12475

19657

24422

124,18

Ümumi məhsul ( faktiki qiymətlərlə , min manatla )

25776

25648

23198

21784

29717

115,29

Ümumi torpaq sahəsi (ha)

33363

30424

17338

15873

13996

41,95

Kənd təsərrüfatına yararlı torpaq sahəsi (ha)

32530

29780

16631

15297

13494

41,48

Fondverimi

1,8

0,77

0,75

1,92

1,67

92,78

Fondtutumu

0,55

1,29

1,33

0,52

0,59

107,27

Fondsilahlanma

(manat/nəfər)

1839,06

4659,46

6524,16

2329,71

3778,67

205,47

Fondla təmin edilmə (manat/ha)

439,44

1115,12

1850,83

741,85

1320,88

300,58

Bir təsərrüfata düşən əsas fondların orta illik dəyəri (manatla)

9318,77

22621,25

32231,42

12511,57

19586,82

210,18

Cədvəldən də göründüyü kimi , fərdi təsərrüfatların sayında 2019-cu ildə 2015-ci ilə nisbətən ümumilikdə 40,68% , həmçinin bununla əlaqədar olaraq fərdi təsərrüfatlarda çalışan işçilərin sayında 39,32% azalma olmuşdur.

Təsərrüfat subyektlərinin və işçilərin sayında 2015-2019-cu illər ərzində olan azalmaya baxmayaraq , muvafiq illər ərzində istehsal prosesinin təşkilində vacib sayılan əsas vəsaitlərin orta illik dəyəri 24,68% artmışdır.Buna səbəb kimi xüsusən 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsindən sonra kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən maliyyə dəstəyinin xüsusilə genişləndirilməsini göstərə bilərik.

Əsas vəsaitlər istehsala birbaşa təsir göstərdiyindən , sözsüz ki, onların artımı öz növbəsində ümumi gəlir və ümumi məhsul artımına da müsbət təsir etməli idi.Buna uyğun olaraq muvafiq illər ərzində fərdi təsərrüfat subyektlərinin ümumi gəlirində 24,18% , ümumi məhsulunda isə 15,29% artım olmuşdur.Həmçinin müvafiq iqtisadi göstəricilər üzrə artım cari dövrdə əvvəli ilə nisbətən müvafiq olaraq 24,24% və 36,42% olmuşdur.

Ümumi gəlir və ümumi məhsulda baş verən bu artım əsas vəsaitlərdə baş verən artımla yanaşı , həmçinin onlardan səmərəli istifadə ilə də sıx surətdə əlaqədardır.Cədvəl məlumatlarından göründüyü kimi , cari ildə fondverimi 1,67 , yəni əsas vəsaitlərin dəyər vahidinə düşən ümumi məhsulun dəyəri 1,67 manat olmuşdur ki , bu da müsbət amildir.Lakin 2015-2019-cu illər ərzində bu göstəricidə 7,22% olmuş , yəni 2015-ci ilə nisbətən 2019-cu ildə əsas vəsaitlərin dəyər vahidinə düşən ümumi məhsulun dəyəri 7,22% azalmış , onlardan səmərəli istifadə səviyyəsi nisbətən aşağı düşmüşdür.Həmçinin bu göstəricinin cari qiyməti əvvəlki ilə nisbətən də 13,02% azalmışdır.Müvafiq olaraq cari ildə fondtutumu 0,59 olmuş , yəni hər məhsul məhsul vahidinə düşən əsas vəsaitlərin dəyəri 0,59 manat olmuş , 2015-ci illə müqayisədə 7,27% , 13,46% artmışdır.Bu həmin illərlə müqayisədə məhsul vahidinin istehsalında istifadə olunan əsas vəsaitlərin dəyərinin müvafiq göstərici qədər artması deməkdir və bu öz növbəsində səmərəli istifadənin nisbətən azalmasını əks etdiri.Həmçinin bu proses birbaşa fondveriminin azalması ilə bağlıdır.

Əsas vəsaitlərlə bağlı nəzər yetirməli olduğumuz digər göstərici fondsilahlanma və bir təsərrüfata düşən əsas vəsaitlərin orta illik dəyəridir.Fondsilahlanma cədvəldən göründüyü kimi 2019-cu ildə 3778,67 manat olmuş , yəni bir işçiyə düşən əsas vəsaitlərin orta illik dəyəri 3778,67 manat olmuşdur.Müvafiq göstərici 2015-ci illə müqayisədə təqribən 2 dəfə və ya 1939,61 manat artmış , buna əsas səbəb müvafiq illər ərzində əsas vəsaitlərin orta illik dəyərinin artımı , işçilərin sayının isə azalması olmuşdur.Həmçinin əvvəlki dövrlə müqayisədə müvafiq göstəricidə artım 62,19% və ya 1448,96 manat olmuşdur.Cari ildə bir təsərrüfata düşən əsas vəsaitlərin orta illik dəyəri isə 19586,82 manat olmuş , 2015-ci ilə nisbətən təqribən 2,1 dəfə və ya 10268,05 manat , əvvəlki ilə nisbətən isə 56,55% və ya 7075,25 manat artmışdır.Buna əsas səbəb isə əvvəlki iqtisadi göstəriciyə uyğun olaraq , əsas vəsaitlərinin dəyərinin artımı , təsərrüfat subyektlərinin sayının azalmasıdır.



İqtisadi göstəricilərdə nəzər yetirməli olduğumuz digər göstərici kənd təsərrüfatında əsas isthesal vasitəsi hesab edilən torpaq resurslarının mövcud vəziyyətidir.Müvafiq cədvəl məlumatlarından aydın olduğu kimi , cari ildə 2015-ci ilə nisbətən fərdi təsərrüfatlarda ümumi torpaq sahəsi 58,05% , buna müvafiq olaraq fərdi təsərrüfatlarda kənd təsərrüfatına yararlı torpaq sahəsi 58,52% azalmışdır.Həmçinin müvafiq göstəricilər uyğun olaraq cari ildə əvvəli dövrə nisbətən 8,51% və 11,78% azalmışdır.Ümumiyyətlə bu göstəricilər üzrə cədvələ diqqət yetirsək görərik bu azalma illər davam etmişdir , yəni ancaq azalma tendensiyası mövcuddur.Buna əsas səbəb isə , torpaq resurslarından səmərəli istifadə olunmaması , habelə bitkiçilikdə suvarma qaydalarına riayət olunmaması və ya heyvandarlıqda bəzi kənd təsərrüfatına yararlı torpaq sahələrinin intensiv şəkildə otlaq kimi istifadə olunmasıdır.Kənd təsərrüfatına yaralıq torpaq sahəsi ilə , həmçinin əsas vəsaitlərlə bağlı nəzər yetirməli olduğumuz bir digər göstərici fondla təmin olunmadır.Müvafiq göstərici 2019-cu ildə 1320,88 manat olmuş (yəni hər hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə düşən əsas vəsaitlərin orta illik dəyəri ) , 2015-ci illə müqayisədə təqribən 3 dəfə və ya 881,44 manat , əvvəli ilə nisbətən isə 78,05% və ya 579,03 manat artmışdır.Səbəb kimi isə kənd təsərrüfatında yararlı torpaq sahəsinin müvafiq illər ərzində azalması və əsas vəsaitlərin digər səmərəlilik göstəricilərində olduğu kimi orta illik dəyərinin artmasını qeyd edə bilərik.
Yüklə 21,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin