261
bına köçürür. Faktorinqin qapalı forması tətbiq edildiyi
halda bu əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi
prosesi bir qədər gecikir. Belə olduqda cari əməliyyatları
yerinə yetirmək üçün faktorinq təşkilatı əlavə resurslara
ehtiyac duyur, əlavə vəsaitlər cəlb etməyə məcbur olur.
Bundan başqa, ödəmələr riski yüksəlir. Çünki hesablaşma
hesabına vəsaitlərin daxil olduğu müştəriyə digər orqanlar,
məsələn, vergi, pensiya fondu və müxtəlif kreditorlar tərə-
findən iddialar irəli sürülə bilər. Qeyd olunan amillər fak-
torinqin dəyərini yüksəldir, riskləri artırır.
Dünya təcrübəsindən məlum olduğu kimi, ödəmələr
riskinin səviyyəsindən asılı olaraq faktorinqin iki forması
mövcuddur:
1. Reqress (geri dönmə, qayıtma) hüququ ilə;
2. Reqress hüququ olmadan.
Dostları ilə paylaş: