Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə108/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   126
beynelxalq-biznes

 
 
 
 


264 
FƏSİL 15. VALYUTA RİSKLƏRİNİN İDARƏ 
OLUNMASI 
 
15.1. Risklərin yaranma səbəbləri 
 
Riskin tərifi, mahiyyəti və təbiətinə dair bir çox 
mülahizələr mövcuddur. Riskin ümumi məzmununu əhatə 
etməklə bir-birini tamamlayan 2 əsas anlayışı nəzərdən 
keçirmək lazımdır: 
1. Risk hər hansı bir arzuolunmaz hadisə, uğursuzluq 
və ya təhlükə ilə bağlıdır. 
2. ―Riskli vəziyyət‖ anlayışı isə əlverişsiz şəraitin 
mövcudluğudur. 
Bu araşdırmadan sonra risk anlayışına hər hansı bir 
istiqamətlənmiş fəaliyyətin son nəticəsinə gəlib çatmağa
törədilə bilən maneçiliklərin ehtimal dərəcəsi kimi qiymət-
ləndirilə bilər. Riskli vəziyyət əsasən 3 amillə şərtləndirilir: 
1. Qeyri-müəyyənlik. 
2. Alternativ variantın seçilməsi və ya imtina. 
3. Seçilən alternativin dəyərləndirilməsi və ya imti-
na. 
Riskli vəziyyətdə qərar qəbul etmək nisbətən asan-
dır, nəinki qeyri-müəyyən vəziyyətlərdə. 
Riskin yaranma səbəbləri hadisələrin qabaqcadan baş 
verəcəyi ehtimalı haqqında məlumatların olmamasıdır, yə-
ni fəaliyyət istiqamətinə qarşı hər hansı hadisənin nə vaxt, 
harada, necə baş verəcəyi və yaxud bəlkə də bu hadisənin 
baş verməyəcəyi barədə məlumatın olmamasıdır. Bu hadi-
sələr isə əsasən aşağıdakılardır: 
1. Təbii hadisələrin baş verməsinin qeyri-müəyyənliyi. 


265 
2. Təsadüflik bu və ya digər hadisənin gözlənilmə-
yən anda baş verməsi. 
3. Ziddiyyətli maraqların və ya meyllərin toqquşma-
sı (müharibələr, iğtişaşlar və s.). 
4. Elmi texniki tərəqqi nəticəsində yeniliklərin qəflə-
tən ortaya çıxması. 
5. Qərarların qəbulu və ya həyata keçirilməsində or-
taya çıxa bilən maddi, maliyyə və əmək ehtiyyatlarının ye-
tərsizliyi. 
Məlum olduğu kimi istənilən biznes fəaliyyəti risk 
tələb edir. Ölkə daxilində biznes fəaliyyətinə nisbətən bey-
nəlxalq biznesdə risk ehtimalı daha da artır. Buna səbəb 
isə xarici ölkələrin alıcısının fərqli xüsusiyyətləri, bu ölkə-
nin qanunlarının fərqliliyi, nəqliyyatdaşıma yəni logistik 
risklərin artması, valyuta məzənnələrinin dəyişməsi, bey-
nəlxalq siyasi vəziyyətin dəyişməsi ehtimalı və s. amillərdir.
Risklərin yaranma səbəbləri onların yaranma 
mənbəyi olmaq etibarı ilə aşağıdakılardan ibarətdir: 
1. Təbii hadisələr və təbii proseslərdir ki, bunlara 
zəlzələlər, fırtınalar, subasmalar, quraqlıq, şaxta, donvur-
malar və s.
2. Təsadüfilik – oxşar şəraitdə eyni hadisə bir çox 
sosial-iqtisadi texnoloji proseslərin, sahibkarlıq fəaliyyəti 
subyektlərinin arasındakı maddi münasibətlərinin çox-
variantlılığı səbəbindən müxtəlif formada baş verir.
3. Ziddiyətli meyllərin, maraqların toqquşması – 
hərbi əməliyyatlar, milli münaqişələr ixracat və idxalat 
əməliyyatlarının dayandırılması, aktivlərin dondurulması, 
rəqabət və mənafelərin üst – üstə düşməməsi. 


266 
4. Elmi – texniki tərəqqinin– bu və ya digər elmi 
kəşflərin və texniki ixtiraların konkret nəticələrinin təxmin 
edilməsinin qeyri – mümkünlüyü. 
5. Hadisə haqqında məlumatların yetərsizliyi və 
natamamlığı. 
6. Qərarların qəbulu və həyata keçirilməsi baxımın-
dan maddi, maliyyə, əmək və s.ehtiyyatların məhdudluğu 
və yetərsizliyi.
Riskin əsas cəhətləri; ziddiyətlilik, subyektiv dəyər-
ləndirmə arasında toqquşma, yəni ayrı – ayrı adamların 
riski müxtəlif dərəcədə qiymətləndirməsi, alternativlik qə-
rarların istiqamətlərin, hərəkətlərin iki və ya daha artıq va-
riantlarda mövcudluğu, seçimin mürəkkəbliyi və qeyri – 
müəyyənlikdir ki, qabaqcadan hadisələrin praqnozlaşdırıl-
masının çətinliyi ilə müəyyən olunur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin