274
dirilən miqyasıdır. Risk dərəcəsini adətən risk cədvəli ilə
müəyyənləşdirirlər. Bu isə aşağıdakı şəkildə əks olunmuşdur:
0 – 2
az
Təhlükəsizdir
+
2-4
aşağı
Qəbulediləndir
+
4-5
Orta
Risklidir
+ -
5-7
artıq
Qorxuludur
-
7-10
yüksəkdir
Təhlükəlidir
-
Burada bir – birindən fərqli lakin yaxın hesab olunan
1, 2 və 3 halda sahibkarın qərar verməsinin məsləhət gö-
rüldüyü ―ağıllı‖ risk dərəcəsi hesab olunur. 4, 5 və 6 hal-
ları inflyasiyaya gətirib çıxaran risklər hesab olunur.
Risklərin ən ümumi, səmərəli
və geniş istifadə olu-
nan qabaqlama və azaltma üsulları: sığortalama, vəsaitlə-
rin toplanması və limitləmədir.
Sığortalama müqavilə əsasında sığorta
şirkətinin
sığorta olunan tərəfə təsadüf nəticəsində dəyən zərərin tam
və ya bir hissəsinin ödənilməsidir.
Vəsaitin toplanması dedikdə, bu sahibkarın və ya
bir neçə tərəfdaşın müəyyən
dövriyyə fondundan kənar
ehtiyat vəsaitin toplanıb təsadüfi zərərlərin dəyərinin ödə-
nilməsi məqsədi ilə yaradılan pul fondudur.
Diversifikasiya bir – biri ilə əlaqəsi olmayan müx-
təlif sahələr arasında əldə olan
pul vəsaitlərinin biznes
275
məqsədi ilə paylanmasıdır. Yəni bir sahədəki uğursuzlu-
ğun, digər sahədəki uğurlarla kompensasiya edilməsidir.
Limitləmə risk dərəcəsinin azalmasına
şərait yara-
dan həm yuxarıdan, həm də aşağıdan məhdudiyyətlər sis-
teminin qurulmasıdır.
Beynəlxalq biznesdə baş verə biləcək risklərin bir
çoxları haqqında yuxarıdakı mövzularda qeyd etdik. İndi
isə valyuta riskləri və onların aradan qaldırılması məsələ-
lərinə aydınlıq gətirək.
Dostları ilə paylaş: