Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə30/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   126
beynelxalq-biznes

 
 
 
 


71 
4.5. Kredit siyasəti mexanizminin 
təkmilləşdirilməsi 
 
Kredit siyasətinin əsasını fəaliyyətin sabitliyi təmin 
etmək, riskin öhdəsindən gəlmək, kredit düzgün idarəet-
məsi təşkil edir. 
Kredit fəaliyyəti krediti qəbul edən borc alanlara və 
krediti verən üçün qarşılıqlı faydalı olmalıdır. Kreditver-
mə fəaliyyəti kənd yerlərinin fermer təsərrüfatı, xidmət və 
ya kiçik müəssisələrin inkişafına kömək məqsədi güdür. 
Borc alanlara aşağıdakılar üzrə kömək edilir və həvəslən-
dirilir: 
- Bazar iqtisadiyyatının işini başa düşmək
- Kommersiya şərtləri ilə kredit almaq üçün ödəniş 
qabliyyəti olduğunu başa düşmək; 
- Kredit əldə etmə və qaytarma qabliyyətini sax-
lamaq;
- Azərbaycan Respublikasının fermer icmasının 
maddi rifahı və inkişafı işinə özünü həsr etmək; 
- Kredit və borc siyasəti, onun həyata keçirilməsi, 
rəhbərlik edilməsi və prinsiplərin yaradılması üzrə tam 
məsuliyyət daşıyır.
- Kredit sistemi bütün borcların aşağıdakı üç məq-
sədə əsaslanmasını təmin etməlidir: 
- Ümidverici və birgə zəmanətlə təminat verilən 
kreditləri, qənaətbəxş ödəmə qabliyyəti və istəyi olan 
borclunun münasib kreditlərini təsdiq etmək; 
- Seçilmiş kənd yerlərində borcluluarın qanuni 
kredit tələblərinə xidmət etmək; 


72 
- Layihə üzrə mikro kreditlərin ən yüksək maliyyə 
davamlılığına nail olmaq üçün Azərbaycan Höküməti və 
G& G- nin vəsaitlərinin səmərəli şəkildə sərmayə qoymaq. 
Borc əməliyyatında aşağıdakı prinsiplərə əməl 
edilməlidir: 
- Azərbaycan Respublikasında qüvvədə olan kredit 
qanunlarına uyğunluq; 
- AMB- nın normativ sənədlərinə uyğunluq; 
- Borc verən təşkilatın qaydaları və müəyyən 
edilmiş daxili qaydalara uyğunluq
- Maliyyə itkisini ya tamamilə ləğv etmək, ya da 
minimuma endirmək üçün kredit riskinin qiymətlən-
dirilməsi; 
- Kreditin məqsədlərinə uyğun olaraq birgə borc-
lular (BB) və onun üzvləri səviyyəsində mənfəətin lazımi 
göstəricilərinə nail olmaq. 
BB-nin və kredit müraciət formalarının seçilməsi 
əsasən BB- nin iclasları vasitəsilə həyata keçirilir. Borc 
verən təşkilatların rolu bu prosesləri dəstəkləmək və iclas-
ların professional səviyyədə keçirilməsini təmin etməkdir. 
Borc verən təşkilat BB-dən qəbul edilən müraciət formala-
rını kreditin verilməsindən əvvəl diqqətlə nəzərdən keçiril-
məlidir. 
Borc verən təşkilata kredit üçün müraciət edən BB 
və onun fərdi üzvləri, kredit təlimatında kredit vəsaitinin 
verilməsi üçün nəzərdə tutulan qanun və qaydalara düzgün 
əməl etməlidirlər. 
Borc vermə prosesində BB üzvülüyünə seçkidə əsas 
tutulacaq meyarlar aşağıdakılar təklif edilir: 
- BB-yə qoşulan üzvlər kənd təsərrüfatı ilə məşğul 
olan kasib sakinlər olmalıdır; 


73 
- Eyni ailə təsərrüfatından yalnız bir üzv BB üzvü 
ola bilər; 
- Bir BB üzrə eyni ailədən hər birinin biznesi və ya 
ünvanı ayrı olmaqla , bir ailənin üzvləri BB- nin yalnız 
20%- ni təşkil edə bilər; 
- Şəxsiyyəti təsdiq edən sənədin olması; 
- Hər hansı mənbədən heç biri yerinə yetirilməyən 
öhdəliyi olmadığını təsdiq edən əvvəlki borclar barədə 
xronoloji məlumat; 
- Üzvlüyün digər bütün BB üzvləri tərəfindən qəbul 
edilməsi; 
- Birgə zəmanət (birgə və müştərək məsuliyyət) 
əsasında borcu geri qaytarmaq istəyi; 

BB özünün seçki prosesdurlarında üzvlərdə aşağı-
dakı keyfiyyətlərin olmasına əmin olmalıdır: 
- BB-yə hər hansı məlumatı düzgün olaraq çatdır-
maq və BB–nin bütün qaydalarına əməl etmək istəyi; 
- Bank hesabının qənaətbəxş fəaliyyəti, əgər varsa; 
- Doğruçuluq və çaşqınlıqla əlaqədar inam. 


74 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin