Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


FƏSİL 5. BEYNƏLXALQ BİZNESİN İNKİŞAF



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə31/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   126
beynelxalq-biznes

FƏSİL 5. BEYNƏLXALQ BİZNESİN İNKİŞAF 
 İSTİQAMƏTLƏRİ 
 
5.1. Beynəlxalq iqtisadi inteqrasiya 
 
Beynəlxalq iqtisadi inteqrasiya prosesləri keçən əsrin 
50–60-cı illərindən başlayaraq həm bir proses, həm də 
münasibətlərin formalaşması kimi genişlənməyə başladı. 
İnteqrasiya prosesi proses kimi müxtəlif dövlətlərin 
iqtisadi subyektləri arasında fərqlərin silinməsi olmaqla, 
inteqrasiya kimi xarici tərəfdaşların sıxışdırılmasının qar-
şısının alınması və yerli biznesmenlərlə fərqin aradan qal-
dırılmasıdır.
Diskrimizasiya müxtəlif ölkələrin iqtisadi fəaliyyə-
tinə mənfi təsir göstərsə də inteqrasiya onların iqtisadiyya-
tına müsbət təsir göstərir. Dünya iqtisadiyyatının inteqra-
siyasının bəzi nümunələrinə Avropa İctimaiyyəti, Avropa 
Sərbəst Ticarət Assosasiyası (ASTA), Kanada və ABŞ 
arasında sərbəst ticarət razılaşması Latın Amerikası İnteq-
rasiya Təşkilatları (LAİA) və s.diqqət yetirdikdə biz, əsas 
istiqamət kimi coğrafi yaxınlıq götürülür.
Bu zaman ölkələr inteqrasiya proseslərinə aşağıdakı 
səbəblərdən üstünlük verirlər: 
1. Əmtəə hərəkəti zamanı qonşu ölkələrə mal gön-
dərmələr daha rahat və ucuz başa gəlir;
2. Burada zövq yaxınlığı vardır və paylanma kanal-
ları rahat yaradılır; 
3. Ümumi tarixi yaxınlıq siyasi əlaqələrə şərait yara-
dır.
XX əsrin ikinci yarısından sənaye ölkələrinin sürətli 
inkişafı nəticəsində beynəlxalq nəqliyyat və kommunika-
siya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq ticarə-
tin inkişafında güclü keyfiyyət dəyişiklikləri baş vermiş-


75 
dir. Daha doğrusu, beynəlxalq ticarətin müxtəlif istehsal 
amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanırdı. 
Nəticədə hazır əmtəələrin ixracı ilə yanaşı, bütün istehsal 
amillərinin xaricə axması imkanı və yerləşdirilməsi geniş-
lənmiş və ölkələr arası fəaliyyət artmışdır. 
Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl müx-
təlif ərazilərin deyil, ancaq eyni ərazinin dövlətləri arasın-
da yaranır. Burada «Regional» və yaxud ərazi anlayışı sa-
dəcə olaraq coğrafi sərhəddi göstərmir. Eyni ərazinin döv-
lətləri istər-istəməz sərhəd yaxınlığı ilə yanaşı müəyyən 
tarixi ümumilik, oxşarlıq, ənənəvilik, təsərrüfat-mədəni 
eynilik, demoqrafik quruluş, və s. kimi ümumi cəhətlərlə 
səciyyələnir. Bununla yanaşı: 
1. İqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl 
iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar. 
2. Bu ölkələr ümumi sərhəddə malik olmaqla tarixən 
onların arasında sağlam iqtisadi münasibətlər mövcud 
olmalıdır. 
3. Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem 
ümumi birliyin gücü ilə həll olunmalıdır və s. 
Beləliklə vaxt keçdikcə beynəlxalq miqyasda təsər-
rüfat həyatında beynəlmiləşmə prossesi güclənmişdir. 
Təsərrüfat həyatının beynəlmiləlləşməsində əsas 
mərhələlərdən biri də inteqrasiya prosesidir. İnteqrasiya 
latın sözü olub «qovuşma», «birləşmə» deməkdir. Lakin 
aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliy-
yətlərin qarşılıqlı, razılaşdırılmış birləşdirilməsi nəzərdə 
tutulur. Ərazi üzrə iqtisadi inteqrasiya dedikdə ən ümumi 
mənada ayrı-ayrı ölkələrin təsərrüfat həyatın tədricən bir-
ləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsin-
də yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəl-
xalq regional kompleks yaranır. Bu regional komplekslər 
dünya iqtisadiyyatının və eləcə də BİM-in subyektinə çev-


76 
rilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının in-
kişafında və istərsə də BİM-in genişlənməsində inteqrasi-
ya prosesi daha hərtərəfli və keyfiyyət cəhətləri ilə fərq-
lənir. Burada sadəcə olaraq məhsulun artması deyil, xalq-
lar arasında hərtərəfli mübadilə münasibətləri, geniş ün-
siyyət, vahid məkan psixologiyası yaranır. İqtisadi birlik, 
mədəni birlik, siyasi birlik fəlsəfi aşılanır. 
Dünya iqtisadiyyatında qloballaşma genişləndikcə 
təsərrüfat həyatında baş verən qarşılıqlı proseslər də artır. 
Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelə-
rinin ödənilməsini dünya bazarı vasitəsilə həyata keçirməyə 
üstünlük verirlər. 
Ayrı-ayrı müəssə və dövlətlər məhsul satışı və xam-
mal mənbələri uğrunda gedən rəqabətdə bir-biri-ilə maddi 
və maliyyə baxımından öz qüvvələrini birləşdirməklə bir 
çox əlavə xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə 
girmək imkanı əldə edirlər. Beleliklə, milli dövlət mənafe-
yi regional mənafeyə çevrilir. Buradan da dünya təsər-
rüfatındakı qloballaşma prosesi regionallaşma prosesi ilə 
tamamlanmış olur. Adətən inteqrasiya prosesi az və ya 
çox mənada qarşılıqlı ticarətin liberallaşdırılması ilə başla-
nır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin 
məhdudlaşdırılmasını aradan qaldırır. Tədricən vahid iqti-
sadi, hüquqi, informasiya məkanı yaranır. Buradan da yeni 
keyfiyyətli beynəlxalq iqtisadi münasibətlər meydana gə-
lir. Qeyd etməliyik ki, regional inteqrasiya bir çox əlamət-
lərinə ilə dövlətlərarası digər əlaqə və formalardan fərq-
lənir.
Beləliklə İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisa-
di siyasətlərində müəyyən razılığa gəlirlər. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin