77
5.2.İqtisadi inteqrasiyaların əsas formaları
İqtisadi inteqrasiyanın əsas formalarına aşağıdakılar
aiddir:
1. Azad iqtisadi zonalar;
2.Gömrük birliyi;
3. Ümumi bazar;
4. Tam iqtisadi inteqrasiya.
Tam iqtisadi inteqrasiya mərhələsində pul – kredit,
sosial siyasət, iqtisadi inkişaf strategiyası, vergi tutma,
eləcə də milli orqan üzərində hər bir üzv ölkə üçün qəbul
etdiyi qanunların sözsüz yerinə yetirilməsi vacib olan bir
təşkilatın yaradılmasıdır. Bu təşkilat həmçinin siyasi inteq-
rasiyanın səviyyəsini də müəyyənləşdirir.
Avropa Parlamentinin təsis olunması Birləşmiş Av-
ropanın, yəni Avropa Birliyinin iqtisadi inteqrasiyasından
daha vacib olan siyasi inteqrasiyanı formalaşdırmış oldu.
Vahid Avropa Bankının yaradılması isə vahid pul – kredit
və vahid valyuta siyasətinin formalaşmasına səbəb oldu.
Azad iqtisadi zonaların yaradılmasının əsas məqsəd-
ləri aşağıdakılardır:
1. Azad iqtisadi zonada və onun yaxın hüdudlarında
işçi qüvvəsinin məşğulluğunun təmin olunması.
2. Ölkəyə xarici investisiyaların cəlb olunması.
3. Xarici bazara çıxarıla biləcək məhsul istehsalını
mənimsəmək.
4. Müvafiq zonanın xammalından, qüvvəsindən, is-
tehsal potensialından daha dolğun istifadə etmək.
5. Offşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq.
6. Xarici mütərəqqi texnika və texnologiyanı müva-
fiq zonaya cəlb etmək.
78
Azad iqtisadi zonaların yaradılmasında stimullaşdır-
ma məqsədi ilə müəyyən güzəştlər tətbiq olunur ki, bu da
aşağıdakılardır:
1. Gömrük güzəştləri;
2. İcarə güzəştləri;
3. Valyuta dəyişmələrində güzəştlər;
4. Viza sadəliyi;
5. Vergi güzəştləri;
6. Normativ – hüquqi güzəştlər.
Azad iqtisadi zonalar şərt olaraq aşağıdakı spesifik
xüsusiyyətlərə görə təsnifləşdirilir.
1. Güzəştli gömrük strategiyası:
2. Valyuta portları;
3. Rüsumsuz anbarlar.
2. Güzəştli vergi və gömrük strategiyası:
1. Export sənaye zonaları;
2. Sənaye parkları.
3. Güzəştli xidmət zonaları:
1. Bank zonaları;
2. Texnoloji zonalar.
4. Komplekslə çoxfunksiyalı zonalar:
1. Azad şəhərlər;
2. Azad zonalar.
1973-cü il 18- mayda Kiotoda keçirilən gömrük pro-
sedurlarının sadələşdirilməsi, harmonikləşdirilməsi üzrə
beynəlxalq sənəddə qeyd olunurdu ki, azad zona (franko
zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa
düşülür. Burada məhsullara milli gömrük ərazisindən
kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt
kimi baxılır, buna görə də onlar gömrük nəzarətindən ke-
çirilmir və vergiyə cəlb edilmirlər. Başqa sözlə qeyd etsək,
79
Azad İqtisadi Zonalar – xüsusi rejim altında fəaliyyət gös-
tərən ölkə ərazisinin bir hissəsidir. Qeyd edə ki, azad iqti-
sadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qa-
nunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət
göstərirlər, onların bu fəaliyyəti qanunla tənzimlənir. Bu
da özündə aşağıdakı göstərilən vacib məsələləri əhatə edir:
- gömrük tənzimlənməsi;
- vergiyə cəlbetmə;
- lisenziyalaşdırma;
-viza rəsmiləşdirilməsi;
- bank fəaliyyəti;
- mülkiyyət və girov münasibətləri (o cümlədən, tor-
pağa sahiblik hüququna dair məsələlər);
- imtiyazın (konsessiyanın) verilməsi;
-azad zonanın idarə edilməsi və s.
Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlə-
rindən biri də əmək, sosial qanunvericilik aktlarının bu cür
ərazilərdə tətbiq olunmasıdır.
Azad zonaların
müxtəlif
problemlərinə həsr edilmiş müasir nəzəri məsələlərdə on-
ların mahiyyəti daha geniş izah olunur: qeyd edəki, onlar
dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin
azaldılması aləti kimi göstərilir. Onuda qeyd edəki, ―azad
zona‖ anlayışına bu cür izahat verilməsi, onun təsərrüfat-
laşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar
demək olarki, bütün prosesləri əhatə etməsi deməkdir.
Belə yanaşmaya görə ―azad zona – təkcə ayrılmış, xüsusi
bir coğrafi ərazi deyil, və milli iqtisadi məkanın bir hissəsi
olmaqla, ölkənin digər yerlərində istifadə olunmayan
müəyyən güzəşt sistemi tətbiq edilir". Azad iqtisadi zona-
ların aşağıdakı xarakterik cəhətləri mövcuddur:
80
- müxtəlif növ güzəşt, stimulların tətbiqi, o cümlə-
dən:
- xarici ticarətdə güzəştlər (idxal - ixrac rüsumlarının
azaldılması və ya ləğvi, xarici ticarət fəaliyyətində əməliy-
yatların sadələşdirilməsi);
- fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin,
vergilərin həyata keçirilməsi baxımından stimullaşdırılma-
sını nəzərdə tutur. Qeyd olunan bu güzəştlər vergi bazası
(gəlir və ya mənfəət, əmlakın dəyəri və s.göstərmək olar.)
Fiskal güzəştlərin ayrı-ayrı komponentlərini (əmək haqqı-
na, elmi-texni tərəqqiyə, amortizasiya ayırmalarına və
nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini
və vergilərdən müvəqqəti və ya daimi azadolmalar kimi
məsələləri əhatə edir;
- maliyyə güzəştləri – subsidiyaların müxtəlif forma-
larını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri, güzəştli
dövlət kreditləri hesabına – birbaşa və kommunal xid-
mətlərin aşağı qiymət qoymaqla həyata keçirilməsi, torpaq
sahələrindən səmərəli istifadə etmək üçün icarə haqqının
azaldılması yolu ilə - dolayı formalarda tətbiq edilə bilər.
-
inzibati (administrativ) güzəştlər – müəssisələrin
qeydiyyatdan keçirilməsi və xarici vətəndaşların ölkəyə
girişi, çıxışı prosedurlarınının daha da sadələşdirilməsini
nəzərdə tutur.
Dostları ilə paylaş: |