105
2.Orta müddətli dövlət tənzimlənməsində xüsusi sek-
tor və dövlət tənzimllənmələrinin mövqelərinin koordina-
siya edilməsinə istiqamətlənən planlaşdırma yolu ilə həya-
ta keçirilir. Aparıcı şirkətlərin iştirakı ilə ayrı – ayrı sa-
hələrin inkişaf proqramı işlənib hazırlanır.
3. Qısamüddətli dövlət tənzimləmələri çevik operativ
xarakter daşıyır. Dövlətin bu tənzimləmələri inflyasiya və
böhranın aradan qaldırılması, habelə
milli əmtəə istehsal-
çılarının və daxili bazarın qorunmasına xidmət edir.
Dünya ölkələrinin təcrübəsində xarici ticarətin qeyri
– tarif məhdudlaşdırmalarına inzibati reqlamentləşdirmə
metodları tətbiq olunur. Buraya ayrı – ayrı malların
daxil
olma həcminin azaldılmasına yönəldilmiş müxtəlif növ
miqdar və dəyər məhdudlaşdırılmaları daxildir.
Bunlar
özündə qadağa, kvotalar, lisenziyalaşdırma və məhdudlaş-
dırma metodlarını birləşdirir.
Qadağalar qoyulmaqla ölkəyə idxal və ya ixrac olu-
nan məhsul və əmtəələrin qarşısı tamamilə alınır.
Kvotaların tətbiq olunması yolu ilə ölkəyə daxil olan
məhsul və ya əmtəələrin miqdarına və ya dəyərinə məhdu-
diyyətlər qoyulur.
Dünya təcrübəsində kvotalar müxtəlif şəkillərdə tət-
biq edilir.
Bunlara qlobal, fərdi, mövsümi, tarif və digər
növ məhdudiyyət faizləri daxildir.
Tarif dərəcələri beynəlxalq
ticarət sazişləri ilə ni-
zamlandığı üçün kvotalar dövlətə manevr etmək üçün da-
ha geniş imkan verir.
İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları
çox cəhətlidir. Ona görə də iqtisadiyyatın dövlət tənzim-
lənməsinin metodlarını
izah etməzdən əvvəl, metodolo-
106
giya, metod, metodika anlayışlarını bir – birindən fərqlən-
dirmək lazımdır.
Dostları ilə paylaş: