Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq kapital hərəkətinin təsnifatı



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə49/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   126
beynelxalq-biznes

7.2. Beynəlxalq kapital hərəkətinin təsnifatı 
 
Beynəlxalq kapital hərəkətinin təsnifatında onun sa-
hibkarlıq və ya məhsuldar formada hərəkət edən kapital
xaricdə istehsal, (sənaye və k/t) ticarət, maliyyə (bank sı-
ğorta şirkətləri və s.) kommunal və digər sahələrdə müx-
təlif müəssisələrin inşasına və ya yaradılmasına yönəldilir. 
Yeni yaradılan müəssisələr adətən kapitalı ixrac edən 
müəssisənin xaricdə filialı, yaxud da törəmə müəssisəsi 
olur.
Sahibkarlıq formasında xaricə qoyulan kapitaldan sa-
hibkar dividend və yaxud mənfəət şəklində gəlir əldə edir.


115 
Gəlirin səviyyəsi kapitalın qoyulduğu sahədən, nəq-
liyyat 
xərclərindən və digər amillərdən asılıdır. 
Sahibkarlıq formasında kapital qeyri – müəyyən müddətə 
hərəkət edir.
İnvestisiya şəraiti dəyişdikdə müəssisə və ya onun 
səhmlərinin satılması yolu ilə kapital geri qaytarıla bilər.
Kapital və maliyyənin borc formasında hərəkəti tari-
xən sahibkarlıq formasından əvvəl yaranmış və uzun müd-
dət üstünlük təşkil etmişdir.
Borc kapitalının hərəkəti çox vaxt dövlətlərə və iqti-
sadi rayonlara istiqrazlar və kredit verilməsi şəklində özü-
nü göstərir. Istiqraz və ya kredit verilməsindən kapital sa-
hibi razılaşdırılmış səviyyədə faiz əldə edir.
Müxtəlif səbələrdən birbaşa xarici investisiyalar, bü-
tövlükdə dünya iqtisadiyyatına, o cümlədən onun özəyini 
təşkil edən beynəlxalq biznes fəaliyyətinə əsaslı təsir 
göstərir. İqtisadi cəhətdən, firmaların mövqeyində bu 
aşağıdakılarla izah olunur: 
- özünü bilavasitə sabit bazarla təmin etmək və ya-
xuda da üçüncü ölkənin bazarına çıxmaq üçün bundan 
dəhliz kimi istifadə etmək;
- bu və ya digər istehsal bölmələri müxtəlif ölkə-
lərdə yerləşən beynəlxalq korporasiyaların özlərinə‖daxili 
bazar‖ yaratması, bunula da istehsalın və kapitalın beynəl-
miləlləşməsinin artması; 
- özlərinin mənafelərini regional və daha geniş bey-
nəlxalq miqyasda dövlətlərarası münasibətlərə daxil et-
mək; 
- beynəlxalq investisiyaların daxili işlərinə qarışma-
maq prinsipinə əməl etməklə dövlətlərarası əməkdaşlığın 
mühüm amili kimi tanınması.


116 
Birbaşa xarici investitsiyaya dar və geniş mənada 
tərif vermək olar. Dar mənada birbaşa xarici investisiya 
dedikdə, müəssisənin üzərində nəzarət etmək hüququ əldə 
etmək və digər möhkəm iqtisadi əlaqə qurmaq məqsədi ilə 
ehtiyatların, kapitalın sərhədləri aşan hərəkətini əhatə edir. 
Belə yanaşmaya görə investor kimi hər hansı ölkədə re-
zident olmayanlar və xarici ölkədən də rezidentlər çıxış 
edə bilərlər. Hər iki kateqoriya üçün birbaşa xarici inves-
tisiyanın yaranmasının belə yolları göstərilir:
100% xarici investora məxsus olan müəssisələrin, 
qız kompaniyalarının və ya şöbələrinin, yaradılması və ya 
genişləndirilməsi; mövcud müəssisələrin tam mülkiyyətə 
satın alınması; mövcud olan və ya təzə yaradılan müəssi-
sələrdə iştirak etmək; 5 il və ya daha üzun müddətə borc 
götürmək. Belə yanaşma çox kəsgin tənqid olunur və bir 
sıra ölkələr yərəfindən qəbul olunmur, çünki bu zaman xa-
ricdən gələn real investisiya resursları ilə bu ölkədə daimi 
yaşayan xaricilərə məxsus kapital qoyuluşları eyniləşdi-
rilir. 
Portfel investisiyalarının əsas xarakteristikaları aşa-
ğıdakılarla müəyyən olunur: 
1. Xarici əməliyyatlarla nəzarətin qeyri – mümkün-
lüyü. 
2. Kredit formalarında olan maliyyə gəlirlərinin 
mövcudluğu. 
―Portfel‖ investisiyalarına borc öhdəlikləri və firma-
ların aksiyaları daxildir.
Portfel investisiyalarının əsas xarakterik cəhəti on-
dan ibarətdir ki, investor tərəf qoyulan vəsaitə nəzarət edə 
bilmir və yalnız kredit faizləri əldə etməklə kifayətlənir.


117 
Portfel investisiyalarından yalnız o halda istifadə 
olunur ki, bu zaman investor ölkəsinin firmalarının maliy-
yə vəsaitlərinə ehtiyacı olur.
Firma və şirkətlərin şöbələri bir ölkədən digər ölkəyə 
portfel investisiyaları köçürməklə kifayət qədər vəsait əldə 
etmiş olurlar. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin