Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Bundan əlavə təklif olunan qiymətlərə təkrarla-



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə67/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   126
beynelxalq-biznes

Bundan əlavə təklif olunan qiymətlərə təkrarla-
nan əməliyyatların da məcmusu təsir edir: 
- məlum əmtəə alıcısının ödəmə qabiliyyətli tələbi – 
nağd pulun olması; 
- tələbin həcmi – alıcının əldə etdiyi əmtəənin miq-
darı; 
- əmtəənin faydalılığı və onun istehlak xüsusiyyətləri; 
Təklif cəhətdən qiymətəmələgətirən amillər: 
- satıcı tərəfindən təklif edilən əmtəənin miqdarı; 
- əmtəənin istehsalı və satışı zamanı tədavül xərcləri; 
- müvafiq əmtəələrin istehsalında istifadə olunan is-
tehsal resursları və ya vəsaitlərin qiyməti; 
- reallıqda bütün istehsal – satış prosesləri bəlli dərə-
cədə qeyri-müəyyənliklə ötüb keçir və müəyyən risklə 
bağlıdır. 
Əsas qiymətqoyma üsulları 3 yerə ayrılır: 
1. Xərc yönümlü yanaşma: 
Orta xərclər üstə gəl qiymət, zərərsizlik nöqtəsinin 
təyini və məqsəd mənfəətini təmin edən qiymət. 
2. Dəyər yönümlü qiymətin təyini: 
Qiymətin satıcıların xərclərinə deyil, alıcıların dəyər 
qavrayışlarına əsasən təyin edilməsi. 


161 
3. Rəqabət yönümlü yanaşma: 
Cari qiymətlər əsasında və qapalı hərraclar əsasında 
qiymətin təyin edilməsi. 
Xərc yönümlü qiymətqoymanın duyulan dəyərə 
əsaslanan qiymətqoyma ilə müqayisəsini bu şəkildə gös-
tərmək olar: 
Xərc yönümlü qiymətqoyma. 
Məhsul » Xərc » Qiymət » Dəyər » Müştərilər. 
Duyulan dəyərə əsaslanan qiymətqoyma. 
Müştərilər » Dəyər » Qiymət » Xərc » Məhsul.
Yeni məhsula qiymətin təyini strategiyaları: 
1) Bazarın qaymağını götürmək. 
Məhsula yüksək qiymət ödəyə biləcək seqmentlər-
dən maksimum gəlir əldə etmək məqsədilə yeni məhsulla-
ra yüksək qiymətlərin təyin olunması. 
2) Bazara nüfuz etmək üçün təyin olunan: 
Çoxsaylı alıcılar cəlb etmək və böyük gəlirlər qazan-
maq məqsədilə yeni məhsullara aşağı qiymətlərin təyin 
olunması. 
Məhsul çeşidlərinə qiymət təyini strategiyaları aşağı-
dakılardır: 
Məhsul çeşidinə qiymət təyini - rəqiblərin qiymət-
lərinə, müştərilər müxtəlif xüsusiyyətləri dəyərlənməsinə 
və məhsullara sərf olunan xərclərə əsasən məhsul xəttinə 
aid olan müxtəlif məhsullara qiymətlərin qoyulması. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin