Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə86/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   126
beynelxalq-biznes

Nisbi üstünlük göstəriciləri iqtisadiyyata David Ri-
kardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı ―Siyasi 
İqtisadın‖
 

 
―Vergi
 
qoymanın
 
Prinsipləri‖
əsə-
rində Birləşmiş Krallıq, Portuqaliya arasındakı 
misalda 
bunu izah edib.

Belə ki, Portuqaliyada şərab və geyim 
istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda 
isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiy-
mətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki 
tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan 
şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni 
alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə 
istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük 
Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və ka-
pitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha 
ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını 
azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şə-
rab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi in-
teqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur. 
 
 
 
 


211 
FƏSİL 12. BÖYÜK İPƏK YOLUNUN 
BEYNƏLXALQ BİZNESİN İNKİŞAFINA TƏSİRİ 
 
12.1. 
GÜAM-ın yaranması tarixi 
 
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - 
GUAM Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın 
təsis etdiyi beynəlxalq regional təşkilatdır. 10 oktyabr 
1997-ci ildə adı çəkilən ölkələrin dövlət başçıları Stras-
burq bəyannaməsi imzalayaraq məşvərətçi forum kimi 
GUAM-ın əsasını qoymuşlar. Strasburq bəyannaməsində 
üzv ölkələr öz aralarında siyasi və iqtisadi əməkdaşlığı in-
kişaf etdirmək və dünyaya inteqrasiya prosesində birgə iş-
tirak etmək məqsədilə belə bir təşkilatın yaradılmasının 
zəruriliyini ifadə ediblər. Prezidentlər suverenlik, ərazi bü-
tövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüqu-
qun aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasın-
da Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi 
məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin 
vacibliyinin vurğulamışlar. Bu qurum həmçinin, üzv ölkə-
lərin nəqliyyat-kommunikasiya magistrallarının və ərazilə-
rində yerləşən müvafiq infrastrukturların bu dövlətlərin 
maraqlarına uyğun inkişafı və səmərəli istifadə olunması 
ilə də məşğul olur. GUAM elm, mədəniyyət və humanitar 
sahələrdə münasibətlərin inkişafına da xüsusi diqqət 
yetirir. 1999-cu ildə Özbəkistanın bu təşkilata daxil olması 
ilə əlaqədar olaraq, təşkilat GUÖAM adlandırılıb. 
Lakin 2002-ci ildə Özbəkistan təşkilatı tərk etmişdir. 
Özbəkistanın bu təşkilatdan çıxması ilə əvvəlki abbrevia-
tura bərpa olunub. GUAM 2003-cü ilin dekabrında BMT-
nin Baş Məclisində müşahidəçi statusu alıb. Təşkilatın baş 


212 
qərargahı Kiyevdə yerləşir, baş katib isə 5 illik müddətə 
seçilir. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əli-
yevin GUAM-ın yaradılması və inkişaf etdirilməsində 
əvəzsiz xidmətləri olub. Heydər Əliyev GUAM tarixində 
olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il ta-
rixli Vaşinqton zirvə görüşündə, 2001 və 2002-ci illər 
Yaltada keçirilən zirvə toplantılarında şəxsən iştirak edib. 
24 aprel 1999-cu il Vaşinqton zirvə görüşündən 
sonra Azərbaycan Respublikasının Prezidenti, GUAM təş-
kilatının sədri mərhum prezidentimiz Heydər Əliyev küt-
ləvi informasiya vasitələrinin nümayəndələri üçün bəya-
natla çıxış edib. Bəyanatında Özbəkistanın GUAM-a üzv 
olmasını alqışlayan dövlət başçısı - "... Biz təşkilatımızın 
keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq 
etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabi-
liyyətinə malik olduğunu göstərmişdir. Təşkilat hər şey-
dən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələ-
rin iqtisadi əməkdaşlığı və daha çox Transqafqaz magis-
tralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir..."- 
deyə qeyd edib.
4 may 2001-ci ildə Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyev GUÖAM-ın üzvü olan ölkələrin və 
bir sıra digər dövlətlərin ticarət-sənaye palatalarının rəh-
bərlərini qəbul edib. Qəbul zamanı Prezident Heydər 
Əliyev bildirib: "...Şadam ki, GUÖAM ölkələri və onlarla 
birlikdə Şərqi Avropanın digər ölkələri və Baltikyanı döv-
lətlər fikir mübadiləsi aparmaq, məsələləri müzakirə et-
mək və qarşılıqlı münasibətlərin, əlaqələrin daha da geniş-
ləndirilməsi imkanlarını araşdırmaq üçün ticarət-sənaye 
palataları səviyyəsində toplaşmağı qərara almışlar...". 


213 
7 iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində 
GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növ-
bəti zirvə görüşü keçirilmişdir. Görüşdə GUÖAM-ın təş-
kilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət 
qəbul olunub. Sammitdə üzv ölkələrin prezidentləri Yalta 
xartiyasını imzalayıblar. Sənəddə təşkilatın statusu, funk-
sional sistemi, o cümlədən sədrlik məsələsi təsbit olunub.
Həmçinin üzv ölkələrin ərazilərindən keçən, o cümlədən 
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA), 
nəqliyyat kommunikasiyaları infrastrukturunun inkişafı, 
səmərəli fəaliyyəti və təhlükəsizliyin təminatı ilə bağlı 
məsələlər müzakirə edilib. Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyev Yalta zirvə görüşündə nitq söy-
ləyib. Dünyada gedən prosesləri mürəkkəb proseslər kimi 
qiymətləndirən Prezident Heydər Əliyev bildirmişdir: 
"...Əgər biz bir vaxtlar soyuq müharibədən əzab-əziyyət 
çəkirdiksə, totalitar sovet rejimindən əzab-əziyyət çəkir-
diksə, indi bir çox digər hallar meydana çıxır və onlar öl-
kələri və xalqları heç də az müsibətlərə və çətinliklərə 
düçar etmir. Əlbəttə, bu baxımdan müxtəlif regionlardakı 
hərbi münaqişələr daha da təhlükəlidir ...". 
2001-ci ilin sentyabr ayında GUÖAM ölkələri qadın-
larının Bakıda birinci əməkdaşlıq forumu keçirmişdir. 
Prezident Heydər Əliyev forum iştirakçılarını qəbul 
etmişdir. Forumun əhəmiyyətindən söhbət açan Heydər 
Əliyev onlara işlərində uğurlar arzulamışdır.
23 dekabr 2002-ci ildə ABŞ hökuməti ilə GUAM 
arasında əməkdaşlıq haqqında bəyanat imzalanıb. Sənədə 
əsasən üzv ölkələrin sərhəd infrastrukturlarının təkmilləş-
dirilməsi, o cümlədən lazımi tikinti işlərinin aparılması, 
buraxılış məntəqələri üçün müvafiq avadanlığın alınması, 


214 
personal üçün təlimlərin keçirilməsi və Dünya Bankının 
kreditlərinin alınmasına dair təkliflərin hazırlanmasını 
nəzərdə tutur. 
Azərbaycan Respublikasının indiki Prezidenti İlham 
Əliyevin GUAM-la bağlı siyasəti: 4 iyul 2004-cü il tari-
xində Yaltada ticarət və daşımalarda yardım layihəsinin 
həyata keçirilməsinə dair Memorandum imzalanıb. Həmin 
sənəddə 2002-ci il tarixində ABŞ hökuməti ilə GUAM 
arasında imzalanan əməkdaşlıq bəyanatının həyata keçiril-
məsinin məqsəd və mexanizmləri əks etdirilib. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin