227
Səmərəli marketinqin təmin olunmasında dünya ba-
zarının ilk növbədə bu və ya digər əmtəə və xidmətin dün-
ya qiymətlərinin, tələbin,
səhmlərin, əsas valyuta məzən-
nələrinin, proqnozlarının vaxtında və keyfiyyətli işlənmə-
sinə mühüm yer ayrılır.
Beynəlxalq marketinq – cəmiyyətlərinin xarici döv-
lətlərin bazarlarında
marketinq fəaliyyətidir, beynəlxalq
inkişaf strategiyasıdır.
Amerika firmalarını beynəlxalq marketinqlə məşğul
olmağa iki amil sövq edir. Birincisi, onları buna daxili ba-
zarda marketinq imkanlarının
zəifləməsi və ya konyuktu-
run dəyişməsi sövq edə bilər. Bunlar məcmu milli gəlirin
artım templərinin aşağı düşməsi, dövlət tərəfindən sahib-
karlığa qarşı siyasətin yeridilməsi, həddən artıq
yüksək
vergilərin qoyulması, xarici valyutanın daxil olmasını ar-
tırmaq və ABŞ-ın xarici ticarət kəsirini ixtisar etmək məq-
sədi ilə, dövlət tərəfindən sahibkarların xarici bazara çıx-
mağa sövq edilməsidir. İkincisi, Amerika firmaları öz
əmtəələri üçün başqa ölkələrdə açılan imkanların artması
ilə xarici ticarət fəaliyyətinə cəlb oluna bilərlər. Onlar da-
xili bazardan çıxmayıb, xaricdə yerinə yetirilən əməliyyat-
larla bağlı bütün əlavə xərclərə və problemlərə baxmaya-
raq, özləri üçün cazibədar olan xarici bazarlar tapa
bilərlər.
Beynəlxalq marketinqin obyektiv xarakteri aşağıdakı
əsas proseslərlə şərtlənir:
1. İstehsalın və kapitalın qloballaşması və beynəlmi-
ləlləşməsi.
2. Dünya təsərrüfatında vahid bazar məkanının orta-
ya çıxması.
3. Beynəlxalq əmək bölgüsünün inkişafı.
228
XX əsrin ikinci yarısında dünya təsərrüfatının inkişa-
fının əsas fərqləndirici cəhətlərindən
biri ondan ibarətdir
ki, bu dövrdə beynəlxalq iqtisadi münasibətlər daha inten-
siv xarakter alır. Ölkələr arasında, eləcə də iqtisadi qrup-
laşmalar arasında iqtisadi münasibətlər yaranır, genişlənir.
Bu kimi proseslər beynəlxalq əmək bölgüsündə, təsərrüfat
həyatının beynəlmiləlləşməsində, milli iqtisadiyyatların
açıq şəkil almasının genişlənməsində, bunların
bir-birini
tamamlamasında, yaxınlaşmasında beynəlxalq regional
strukturların inkişafı və möhkəmlənməsində təzahür edir.
Dostları ilə paylaş: