235
Bir sözlə insanlar üçün süni tələbat yaradılır.
Mədəniyyətlərin erroziyasına gəldikdə isə tənqidçilər
bunu belə əsaslandırırlar ki, insanların
hiss üzvləri daim
reklamların təsirinə məruz qalır. Bəzən gözəl bir mənzə-
rəni reklam plakatları eybəcər bir vəziyyətə salır.
Bəzən yaxşı maraqlı bir verilişin və yaxud filmin ta-
maşası zamanı tez – tez verilən reklamlar insanların psixo-
logiyasına mənfi təsir göstərir. Biznesin həddən artıq siya-
sətə təsirini tənqidçilər cəmiyyətin mənafeyinə zidd olaraq
konkret fəaliyyət sahələrinin
mənafeyini müdafiə edən
―neft‖, ―siqaret‖və ―avtomobil‖ senatorlarının mövcud ol-
ması ilə izah edirlər.
Konsyumerizm – satıcılara münasibətdə alıcıların
hüquqlarının təsirinin genişləndirilməsi uğrunda vətəndaş-
ların və dövlət orqanlarının təşkil edilmiş hərəkatıdır.
Ümumiyyətlə tənqidçilər marketinq sisteminin:
1. Aldadıcı fəndlərdən istifadə etməkdə.
2. Əmtəəni sırımaq metodlarından istifadədə.
3. Keyfiyyətsiz və təhlükəli əmtəələrin satışında.
4. Aşağı keyfiyyətli xidmət göstərilməsində və s.-də
günahlandırırlar.
Artıq qeyd etdiyimiz kimi, məhsulların bölüşdürül-
məsi və satışının təşkilində birbaşa və dolayı satış kanalla-
rından istifadə edilir. Bu satış kanallarının hər ikisinin bir
çoх formaları vardır. İndi hər iki satış kanalı ilə satışın
müхtəlif formalarını izah edək.
Dostları ilə paylaş: