Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə100/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   126
beynelxalq-biznes

Birincisi, bütün bazarlarda marketinq aktivliyinin 
standartlaşmasına və öz istehsal səmərəliliyinin prioritet 
göstəricilərinə istiqamətlənmək və s. 
İkincisi, marketinq kompleksinin uyğunlaşma ori-
yentasiyasıdır. Qlobal marketinqin vacib xüsusiyyəti 
müəssisənin uyğunlaşmaq tələbatıdır. Yeni dəyişən texno-
logiyalar əsasında çevik yeni istehsal meydana gəlir. Bu 
standartlaşmanın üstünlüklərini konkret tələbata malik 
əmtəənin uyğunlaşdırılması ilə birləşdirməkdir. Mütəxəs-
sis-marketoloqların fikrinə görə qlobal marketinqdə əm-
təənin uyğunlaşdırılması, standartlaşmaya nisbətən daha 
artıq dərəcədə şişirdilir. Müəssisə dəqiq müəyyən etmə-
lidir ki, onun istehsal etdiyi məhsul qlobal bazar üçündür, 
yoxsa beynəlxalq bazar üçündür. İstiqamət kimi qloballaş-
maya toxunan sahələrin aşağıdakı nümunəvi təsnifatını 
vermək olar. 


246 
a) tam qlobal (avia sərnişin daşımaları, kompyuter
yarımötürücülər, dərman, avtomobil sənayesi, tikinti ma-
şınları, texniki plastmas); 
b)qismən qlobal (kosmik uçuşlar, telekommunikasi-
ya, generatorların istehsalı, məsafədən idarə olunan silah 
növləri); 
c) multimilli (süni sap istehsalı, poliolefinlər, elmi və 
tibbi cihazlar, gübrələr, yeyinti məhsullarının yenidən iş-
lənməsi); 
d) milli (polad prokatını, sementi, pərakəndə ticarəti və s.). 
Əmtəənin qloballaşma dərəcəsini qiymətləndir-
mək üçün, aşağıdakı göstəricilərdən istifadə etmək la-
zımdır:
- təklifin ixtisaslaşmış xarakteri; 
- tələbin eynicinsliliyi;
- elmi-tədqiqatlara çəkilən xərclərin çoxluğu
- dünya masştabında rəqabət; 
- məhsul istehsalında nou-xauların intensiv tətbiqi; 
- mal və xidmətlərin bazara tətbiqinin qısamüddətli 
olması və s. 
Nümunə olaraq lokal bazara uyğunlaşdırılan qlobal 
əmtəələrə «Microsoft» təşkilatlarının «Windows», «MS 
Word», «MS Exsel» kimi əmtəələrini göstərmək olar ki, 
onların çoxlu milli versiyaları müxtəlif dillərdə mövcud-
dur. Bir çox cəmiyyətlər qlobal marketinq siyasəti qururlar 
ki, bu da mal siyasətinin yerli və qlobal səviyyədə işlən-
məsinə əsaslanır. 
Belə ki, İsveçin «Elektrolüks» firması «Elektrolüks 
Now» seriyalı soyuducularını Rusiya bazarı üçün xüsusi 
olaraq istehsal etmişdir. İsveç ekspertlərinin fikrinə görə, 
rus mətbəxləri üçün hündür və dar soyuducular optimal 
hesab olunur. 


247 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin