Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə101/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   126
beynelxalq-biznes

FƏSİL 14. BEYNƏLXALQ İCARƏ 
MÜNASİBƏTLƏRİ 
 
14.1. Beynəlxalq francayzinq, onun əsas əlamətləri 
və xüsusiyyətləri 
 
İnkişaf etmiş ölkələrin təcrübəsində francayzinqin ta-
rixi yüz illərlə keçmişdən başlanır. Francayzinqin çiçək-
lənməsi 1850-ci illərə təsadüf edir. Bu illər iri şirkətlər 
məs. Almaniyanın ―Zinger‖ şirkəti öz məhsullarının bütün 
ABŞ ərazisində satılması hüququnu kiçik biznesə həvalə 
edir. O, vaxtlar alıcılar paltartikən ―Zinger‖ maşınlarını 
mağazalardan həvəslə almırdılar. Buna görə də vasitəçilər 
bu maşınları alıcıların evlərinə gətirib, əmtəənin üstünlük-
lərini yerində nümayiş etdirməklə alıcıları cəlb edirdilər. 
Bu işin həll edilməsi üçün ―Zinger‖ firmasının bu za-
man maddi imkanları yox idi. Ona görə də ―Zinger‖ ma-
şınlarının müəyyən ərazidə satılması hüququnu kiçik fir-
malara həvalə edirdi: 
Bu firmalar həmin maşınların 1-ini 608-ə alıb, özləri 
isə 1258-ə satırdılar. 
Qərb ekspertlərinin fikrincə francayzinqin imkanla-
rından hələ də tam istifadə olunmamışdır. ABŞ-da ümum-
milli məhsulun 13 %-i francayzinq şəbəkələri ilə yaradılır. 
ABŞ ticarət nazirliyinin məlumatına əsasən francayzinq 
xidməti ilə işləyən şirkətlərin əmtəə və xidmət satışı son 
on ildə hər ay 10 % artır.
Francayzinqdə aşağıdakı əsas əlamətlər və xüsusiy-
yətlər xarakterikdir: 
1. Francayzinq iki tərəfin ―Francayzer‖ və ―Francay-
zi‖ arasında sazişi əks etdirir. 


248 
2. Francayzer müstəsna hüquqlara malik olur: Əmtəə 
nişanı, firma üslubu, potent, ideya, müəllif hüququ və s.
3. Francayzer hüquqlara malik olmaqla müəyyən 
şərtlər daxilində öz hüquqlarını Francayziyə verir. Fran-
cayzi öz fəaliyyətini Francayzerin əmtəə nişanı altında 
aparır. Əmtəə bazarında adından istifadə edir, öz üslubu-
nu Francayzerlə eyniləşdirir.
4. Francayzer tək olur, lakin bir Francayzer bir neçə 
Francayzi ilə eyni zamanda eyni əmtəə üzrə sazişlər bağ-
laya bilər. Francayzi öz səlahiyyətini başqasına vermə iqti-
darında deyil. 
5. Francayzer Francayzinin fəaliyyətinə yardım 
məqsədi ilə müxtəlif formalarda köməklik göstərir.
6. Francayzi Francayzerin hüquqlarından istifadə et-
diyinə görə ona müəyyən edilmiş məbləğdə haqq ödəyir 
və s. 
Françayzinq sahibkarlığın güzəştli növü kimi geniş 
yayılmışdır. Bu əsasən yüksək maliyyə vəsaitinə, böyük 
bazar payına, rəqabətlilik qabiliyyətinə malik olan iri 
cəmiyyətlərin (françayzerlərin) kiçik firmaları, yaxud fizi-
ki şəxsləri (françayzları) müəyyən şərtlərlə himayəyə gö-
türməklə onların fəaliyyətinə təsir göstərir.Bu həm kiçik, 
həm də böyük firma üçün əlverişlidir. Çünki iri firma 
bazarın daha kiçik seqmentinə, daha xırda sahələrə xitab 
edə bilmir. Və bu zaman françayzların köməyilə həmin sa-
hələrdə fəaliyyəti dolayı yolla təmin edilmiş olur. Deməli 
françayzinq razılaşmaya uyğun olaraq, sahibkarlığın elə 
bir formasıdır ki, françayzer (adətən iri ana təşkilatlar) ki-
çik firmanın müəyyən ərazi çərçivəsində fəaliyyətini him-
ayəyə götürür. Onu özünün əmtəələri, reklam fəaliyyəti, 
hazır biznes taktikaları, biznes texnologiyaları ilə təmin 


249 
etmək öhdəliyini öz üzərinə götürür. Bunun əvəzində isə 
firma isə cəmiyyətlərə menecment və marketinq sahələrin-
də fəaliyyət göstərilməsini öz üzərinə götürür. Və eyni za-
manda françayzlar öz fəaliyyətlərini françayzerlərin, yəni 
ana firmaların fəaliyyətinə uyğunlaşdırmalıdırlar. Hal ha-
zırda franşiz sistemləri sahibkarlıq fəaliyyətinin 70-dən 
çox sferasında aktiv işləyir. Bu sahələrdə françayzinq sı-
naqdan keçmiş biznes ideyalarının satılması vasitəsilə in-
kişaf strategiyasıdır. Françayzinqin lokal səviyyədən çıxıb 
qlobal səviyyəyə keçməsi həm ölkənin iqtisadi inkişafına 
kömək edir, həm də ölkələrarası iqtisadi münasibətlərin 
inkişafına müsbət təsir göstərir. Ilk yaranandan bəri fran-
çayzinq fəaliyyətə tətbiq edildiyi bütün ölkələrdə özünü 
doğrultmuşdur. Yaranma yeri ABŞ olmasına baxmayaraq 
bu gün bütün dünya ölkələrində bu fəaliyyət növü geniş 
yayılmışdır. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin