260
məsi, debitor borclarının vəziyyəti haqqında hesabatların
verilməsi və s.üzrə öhdəliklər də götürülə bilər.
Faktorinq fəaliyyətə yeni başlayan surətlə inkişaf
edən firmalar üçün olduqca əlverişlidir. Bu xidmətdən is-
tifadə edən firmalar inkişaf prosesində vəsait qıtlığı prob-
lemini aradan qaldırır və debitor borcları ilə məşğul olmaq
kimi ağır bir işdən azad olurlar.
Dünya təcrübəsində, müştəri və faktorinq təşkilatı
arasında bağlanmış müqavilə barəsində
digər kənar şəxslə-
rin məlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq
və qapalı formaları mövcuddur.
Faktorinqin açıq forması. Bu forma ona görə belə
adlandırılır ki, faktorinq əməliyyatlarında iştirak edən
müştərinin kontragentləri faktorinq əməliyyatları
barədə
məlumatlandırırlar. Onlara çatdırılır ki, hansı tarixdən
müştərinin hüququi vərəsəsi rolunu hansı faktorinq təş-
kilatı (bankın faktorinq şöbəsi və ya faktorinq şirkəti) oy-
nayır. Faktorinq təşkilatı üçün bankda xüsusi hesab açılır.
Açıq faktorinq şəraitində müştəri borc öhdəliklərinin mü-
qavilədə nəzərdə tutulmuş məbləği qədər kredit alır
və onu
faktorinq təşkilatının hesabına ödəyir. Analoji olaraq fak-
torinq təşkilatı həmin vəsaitləri öz təyinatı üzrə istiqamət-
ləndirir.
Faktorinqin qapalı forması. Bu forma ona görə
belə adlandırılır ki, bu faktorinq əməliyaytının keçirilməsi
barədə başqa heç kimə məlumat verilmir. Bu barədə məlu-
mata yalnız faktorinq müəssisəsi və müştəri malik olur.
Bu əməliyyat zamanı pul vəsaitləri
ödəyicilər tərəfindən
adi ödəmələrdə olduğu kimi malgöndərən müştərinin he-
sabına daxil olur. Həmin müştəri isə vəsaitləri ona komis-
yon mükafatları əlavə etməklə faktorinq təşkilatının hesa-
261
bına köçürür. Faktorinqin qapalı forması tətbiq edildiyi
halda bu əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi
prosesi bir qədər gecikir. Belə olduqda cari əməliyyatları
yerinə yetirmək üçün faktorinq təşkilatı
əlavə resurslara
ehtiyac duyur, əlavə vəsaitlər cəlb etməyə məcbur olur.
Bundan başqa, ödəmələr riski yüksəlir. Çünki hesablaşma
hesabına vəsaitlərin daxil olduğu müştəriyə digər orqanlar,
məsələn, vergi, pensiya fondu və müxtəlif kreditorlar tərə-
findən iddialar irəli sürülə bilər. Qeyd olunan amillər fak-
torinqin dəyərini yüksəldir, riskləri artırır.
Dünya təcrübəsindən məlum olduğu kimi, ödəmələr
riskinin səviyyəsindən asılı olaraq faktorinqin iki forması
mövcuddur:
1. Reqress (geri dönmə, qayıtma)
hüququ ilə;
2. Reqress hüququ olmadan.
Dostları ilə paylaş: