263
Bu biznesin ilk təşkilatçıları mühəndis tədqiqatçı Artur
Rac, Tom Perkinis və Yuçin Klyaner olmuşdur.
Vencur kapitalisti müvafiq cəmiyyətlər yaradaraq in-
vestorlardan pul yığımı təşkil edir. Sonra cəlbedici biznes
layihəsi tapılır. Müvafiq layihə ekspertizadan sonra inves-
tora nizamnamə fondu və ya səhmlər paketi müqabilində
bir neçə il müddətinə mübadilə zəmnində fəaliyyət təklif
olunur.
Burada vencur kapitalisti investor və layihəni yerinə
yetirən firma sahibkarı arasında vasitəçi rolunu oynayır.
Burada tərəflər riski bölüşdürür, uğur əldə edildikdə isə
mənfəət sahibinə çevrilirlər. Burada investor idarəedici
funksiyasını da öz üzərinə götürə bilər. Qeyd etmək lazım-
dır ki, belə fəaliyyət adətən məhdud zaman kəsiyində yük-
sək risk və mənfəət üçün hesablanır.
Vencur kapitalı xüsusi investisiya növü olaraq 3 – 5
illik mərhələ strategiyasını qurur. 1999-2001-ci illərdə
ABŞ-da orta illik parametrdə hər il Vencur kapitalı 12-15
milyard dollar mənfəət yaratmışdır. Bir sıra nüfuzlu ABŞ
cəmiyyətləri – İntel, Apple, Micro Soft məhz vencur kapi-
talının hesabına tərəqqi etmişdir.
Ümumilikdə vencur kapitalı elmi – texniki işləmə-
lərin sürətlənməsinə xidmət edir. Belə bir fikir formalaş-
mışdır ki, Vencur biznesi mühəndis, alim potensialının və
istedadının tam dövriyyədə hərəkəti üçün biznes fəaliyyə-
tində doğru bir istiqamətdir.
Dostları ilə paylaş: