267
1. Bazarda əmtəənin satılması və uyğun keyfiyyət
riski.
2. Yüklərin daşınması riskləri.
3. Alıcı tərəfindən malın qəbulu riski.
4. İnflyasiyanın baş verməsi.
5. Alıcıların ödəmə qabiliyyətliliyi.
6. Valyuta kurslarının dəyişmə ehtimalı.
7. Qabaqcadan nəzərə alınmayan digər amillər.
Siyasi risklərə isə əsasən ümumiləşdirilmiş şəkildə
aşağıdakıları aid etmək olar:
1. Alıcı tərəf olan ölkəyə ixrac olunan məhsullara qa-
dağa qoyulması;
2. Pul vəsaitlərinin ölkədə çıxarılması yaxud digər
ölkəyə (tərəfdaşlara) göndərilməsinə qadağan qoyulması;
3. Ölkə daxilində stabilliyin pozulması, tətillər,
vətəndaş müharibələri;
4. Tərəfdaş ölkənin digər başqa bir ölkə və yaxud di-
gər tərəfdaş ölkə arasında siyasi münasibətlərin dəyişməsi.
Biznes təcrübəsindən bilindiyi kimi, şirkətlər fəaliy-
yətləri zamanı müxtəlif növ çətinliklərlə qarşılaşırlar. Bu
problemləri çox vaxt əvvəlcədən təyin etmək, proqnozlaş-
dırmaq çətin olduğu üçün şirkət həmin risklərdən zərər çə-
kir. Bu baxımdan da klassik iqtisadçılar
həmişə sahib-
karlığa yüksək riskli fəaliyyət növü kimi yanaşmışdılar.
Şirkət müvafiq sahədə peşəkarlığının, biliyinin az olması,
bazar tələblərinin düzgün təyin edilməməsi, tələb və
təklifin qarşılıqlı münasibətinin sonadək öyrənilməməsi,
fəaliyyət sferasında investisiya mühitinin effektiv qiymət-
ləndirilməməsi, maliyyə vəsaitinə olan ehtiyacın tam ödə-
nilməməsi və s. ucbatından
öz fəaliyyəti dövründə risk-
lərlə qarşılaşır. Tanınmış amerikalı iqtisadçı P.Druker də
268
öz növbəsində sahibkarlığı iqtisadi fəaliyyətin ən riskli
sahəsi kimi xarakterizə etmişdir. Ümumiyyətlə, risklər
şirkətin fəaliyyəti dövründə xarakterik olsa da onun gətir-
diyi fəsadların minimuma endirilməsi
müəssisənin risk
strategiyasının başlıca istiqamətlərindəndir.
İqtisadi ədəbiyyatda risklərin bir sıra növləri önə
çəkilir.
1. Bunlardan sığortalanan.
2. Sığortalanmayan riskləri qeyd etmək olar.
Sığortalanan risklərə daha çox təbii fəlakətlər (sel,
daşqın,zəlzələ və s.), insan fəaliyyəti nəticəsində yaranan
texnogen hadisələr aid olunur.
Həmçinin, bir sıra risklər də şirkətdə formalaşma
mövqeyinə
görə xarakterizə edilir ki, bunlara da təsərrü-
fatdaxili, sahibkarın şəxsiyyəti ilə bağlı və informasiyanın
azlığından asılı olanları ayırmaq olar. Qeyd edək ki, əğər,
şirkət bazarın konyukturası barəsində detallı məlumatlara
malik deyilsə,tərəfdaşlarının bazar imici, maliyyə vəziyyət
haqqında dərin informasiyası yoxdursa onda onu böyük
risklər gözləyir. Burada rəqiblər barəsində ətraflı məlu-
matların olmaması da şirkətin bazar mövqeyinin zəifləmə-
sinə gətirib çıxara bilər.
Bundan başqa, əhatə dairəsinə görə risklər fərqləndi-
rilir ki, bu da öz növbəsində lokal
və qlobal olaraq ikiyə
ayrılır. Qlobal risklər əsasən region, ölkə və beynəlxalq
səviyyədə baş verir və geniş bir ərazini öz təsirinə salır.
Lokal risklər isə şirkətin öz daxilini əhatə edir.
Sənaye cəsusluğu – xarici və daxili bazarlarında rə-
qiblərin kommersiya sirrini muvafiq komersiya gəlirlərini
təşkil edən məlumatların alınması məqsədi ilə xarici döv-
269
lətlərin xüsusi xidmət orqanlarının, firma və agentlərinin
fəaliyyətidir.
Sənaye cəsusluğu çərçivəsində
rəqiblərin bilavasitə
aksiyaları;
- sənaye obyektlərinə və avadanlıqlarına diversiya;
- lahiyə sənədlərinin və nümünələrinin oğurlanması;
- maliyə fırıldaqları;
- səhf informasiya ötürmə;
- nümünələrinin dəyişdirilməsi və sairələrinin kömə-
yi ilə rəqiblərinin məhf edilməsi istiqamətində bir tərəfin
birgə danışıqlar aparılması yolu ilə həyata keçirilə bilər.
Sənaye cəsusluğunda müxtəlif texniki vasitələrindən
istifadə edilə bilər. Belə ki, LEA firması Rusiyada yayıl-
dığı tərtib etdiyi
kataloqda sənaye cəsusluğu, həmçinin
ona qarşı əks hərəkətlər üçün istifadə edilə bilən 200 növ
məlumat təklif edir. Sənaye cəsusluğu texniki vasitələrə
əks təsir biznesin təhlükəsizliyinin təmin edilməsi üzrə
kompleks tədbirlər əsasında həyata keçirilir.
Telefon da-
Dostları ilə paylaş: