Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə111/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   126
beynelxalq-biznes

Vaxt itkiləri – sahibkarlıq prosesi zamanı ləngimə-
lər, müvafiq dövlət qurumları, tərəfdaşlar ilə əməkdaşlıqda 
gecikmələr sonda müəssisənin fəaliyyətində vaxt itkilərinə 
gətirib çıxarır. 
Müxtəlif problemlər nəticəsində sahibkalıq subyekt-
lərində yaranan itkilər sadalananlardan daha çox ola bilər. 
Bu da görülən işin xarakterindən, baş verən riskin təbiətin-
dən xeyli asılıdır. Şirkətlərin bu və ya digər risklərlə qarşı-
laşması ehtimal olunan hal olsa da əsas məsələ həmin risk-
lərin yaranma səbəblərini vaxtında aşkarlamaq və baş verə 
biləcək hadisəyə qarşı adekvat cavab vermək mühüm şərt-
lərdən biridir. Bu baxımdan son dövrlərdə şirkətlərdə risk-
lərin idarəolunması istiqamətində mütəxəssislərin cəlb 
olunması, ayrıca bölmələrin yaradılması geniş vüsət al-
maqdadır. 
Qeyd edək ki, 2008-ci ildə meydana gəlmiş Qlobal 
maliyyə böhranı da risklərin idarə olunmasının vacibliyini 
önə çıxarmışdır. Məhz buna görə də Dünya Bankının və 
digər beynəlxalq maliyyə institutlarının ekspertlərinin bil-
dirdiyinə əsasən hal-hazırkı dövrdə risklərin idərə olunma-
sı üzrə mütəxəssislərə daha çox ehtiyac yaranmış və bu 
növ fəaliyyət ən populyar biznes növünə çevrilmişdir.
Risklərin idarə olunması başlıca olaraq şirkətin daxi-
lində müvafiq qurumun və ya qrupun işinin düzgün təşki-
lindən, effektiv qiymətləndirmənin aparılmasından, anti-
risk tədbirlərini özündə əks etdirən səmərəli strategiyaların 
işlənməsindən, qarşıya qoyulmuş işlərin həyata keçirilmə-
si üçün peşəkar kadrların mövcudluğundan, risk strategi-


272 
yasının icrasının uğurla reallaşdırılmasından və s. asılıdır. 
Geniş əhatə dairəsinə malik olan risklərin idarəolunması 
sahəsində xeyli sayda metodlar və təcrübələr mövcuddur 
ki, hər bir şirkət də öz fəaliyyət sferasına, bazarda möv-
qeyinə, işlədiyi regiona və s. görə daha effektivlərini seçib 
həyata keçirir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin