Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə112/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   126
beynelxalq-biznes

Yayınma metoduna əsasən şirkət riskləri idarə et-
mək məqsədilə etibarsız tərəfdaşlardan, riskli layihələrdən 
imtina etməli, təsərrüfat risklərini sığortalamalı və yeni tə-
minatçıların axtarışını həyata keçirməlidir. Yuxarıda da 
qeyd etdiyimiz kimi, şirkət əməkdaşlıq etməyə hazırlaşdı-
ğı yeni müəssisənin maliyyə vəziyyəti, bazar imici haqqın-
da əvvəlcədən ətraflı məlumat toplamalıdır. Əgər həmin 
tərəfdaşla artıq biznes əlaqələrinə malikdirsə və o şirkətlə 
əməkdaşlıq zamanı mütəmadi olaraq gecikmələr, vaxtında 
pulun ödənilməməsi, keyfiyyətsiz məhsul ilə təchiz etmək 
və s. halları təkrarlayırsa, onda həmin tərəfdaş işinə daha 
intizamlı yanaşan başqası ilə əvəz olunmalıdır. Bunun 
üçün də şirkət mövcud tərəfdaşlarla kifayətlənməməli mü-
təmadi olaraq yeni tərəfdaşın axtarışında olmalı və ehtiyat 
mənbə kimi onları ətrafında birləşdirməlidir. O cümlədən 
dolğun şəkildə əsaslandırılmamış və öyrənilməmiş layihə-
lərdən də üz çevirməlidir.
Məhdudlaşdırma metodunda isə əsas tövsiyələr 
vençur müəssisələrin yaradılması, riskli layihələrin idarə-
olunması üçün xüsusi qrupların formalaşdırılmasından 
ibarətdir. 
Bu metoda müəssisələr daha çox yeni layihələrin 
icrasına başlayan və ya «ana» şirkətlərin özlərinin filial və 
«qız» müəssisələrini quran zaman müraciət edirlər. Bu-


273 
nunla yanaşı vençur kapitalı əsasında innnovasiya layihə-
lərinin uğuru bir sıra hallarda şübhə doğurduğu və bu sa-
hənin yüksək riskli olduğu üçün şirkətin nəzdində qabaq-
layıcı tədbir olaraq peşəkarlardan ibarət xüsusi qruplar da 
formalaşdırılır. 
Səpələnmə metodunda fəaliyyət növləri və zonala-
rın diversifikasiyası, satış və alışın şaxələndirilməsi, inves-
tisiyaların şaxələndirilməsi, (diversifikasiyası) məsuliyyə-
tin istehsal iştirakçıları arasında paylanması və yenə də 
vençurlu müəssisələrin yaradılması irəli sürülməkdədir. 
Bu metod öz çevikliyi ilə seçilir. Metodda şirkətə is-
tehsal etdiyi məhsul və xidmətin çeşidini artırmaq, isteh-
lakçıların müxtəlif sosial təbəqələrinin maraqlarına cavab 
vermək, istifadə etdiyi texnologiyaları daim artırmaq və 
yeniləşdirmək təklif olunur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin