277
Təkrar sığortalama bir sığorta şirkətlərinin sığorta-
lamanı başqa bir şirkətlərinin üzərinə qoymasıdır. Bu o
halda baş verir ki, firma sığorta riskini başqa bir firma ilə
bölüşür.
Riskin idarə edilməsi riskli hadisələrin ortaya çıxma-
sını müəyyən dərəcədə proqnozlaşdırmaq və onların mənfi
nəticələrinin istisna edilməsi və ya azaldılması üçün tədbir
görməyə imkan verən üsul, fənd və tədbirlərin cəmi kimi
səciyyələndirilə bilər.
Riskin idarəedilməsi təsərrüfat
fəaliyyətinin təhlili,
təsərrüfat qərarlarının səmərəliləşdirilməsi, sığortacılıq,
psixologiya və bir sıra başqa sahələri dərin bilən mütəxəs-
sis fəaliyyətidir. Burada sahibkar risk və mənfəətin ən op-
timal nisbətini təmin edən variantı tapmalıdır.
Bu zaman
daha mənfəətli layihənin daha böyük risklə bağlı
olduğu
nəzərə alınmalıdır.
Riskin idarə olunmasının əsas prinsipləri isə aşa-
ğıdakılardır:
1. Əldə olan kapital imkan
verdiyindən çox risk et-
mək olmaz.
2. Riskin nəticələrinin
qabaqcadan düşünülməsi va-
cibdir.
3. Çox şeyi azın naminə riskə qoymaq olmaz.
Bu prinsiplər əsasında riskin idarə olunmasının əsas
üsullarını qeyd etmək olar:
1. Riskdən yayınmaq.
2. Risk dərəcəsini aşağı salmaq.
3. Risk qəbul etmək.
Riskin qarşısının tamamilə alınması
mümkün olma-
dığı hallarda onun minimuma endirilməsi vacibdir.