284
Ev tapşırığı:
Müəlliminizin dərsə hazırlıqda və dərslərdə məz-
munlu surətdə iştirakda sizə yardımçı olacaq ev tapşırığı
verə bilər.
Semestr ərzində faydalı aktivlik:
Sizin dərsdə iştirak qiymətiniz
sizin töhfələrinizin
keyfiyyətinə əsaslanacaq, buna
sizi güclü şəkildə həvəs-
ləndirəcək. Bütün tapşırıqları vaxtında tamamlayın, fə-
silləri, beynəlxalq qəzetlərdən məqalələri, videoları və bü-
tün digər materialları müzakirə etməyə hazır olmalısınız.
Ən vacibi isə odur ki, mətnlər və digər oxu materialların-
dan istifadə etməklə öz arqumentlərinizi əsaslandıra bil-
məlisiniz. Qrupda tutarlı, maraqlı suallar verməklə və qrup
müzakirələrində fəal rol oynamaqla, müvafiq nümunələri,
təcrübələri, xəbərləri öz tələbə yoldaşlarınızla bölüşməklə
öz töhfənizi verməlisiniz.
Tədris prosesində balların
hesablanması meyarları
Semestr (və ya il) ərzində fəaliyyətə görə balların
miqdarı aşağıdakılara müvafiq olaraq müəyyənləşdirilir.
10 bala qədər – tədris məşğələlərinə davamiyyətə
görə.
10 bala qədər – mühazirə və seminar materialları
mətnlərinin əsas və əlavə ədəbiyyatlardan istifadə etməklə
tərtibinə görə.
10 bala qədər – seminar və praktik məşğələlərin nə-
ticələrinə görə (mühazirəsi olmayan fənnlər üzrə 20 bala
qədər).
285
10 bala qədər - əsas və əlavə ədəbiyyatlardan istifadə
etməklə
tələbənin müstəqil işi, kurs işi,
referat və elmi
işlərin hazırlanması və müdafiəsinə görə.
10 bala qədər - aralıq sınaq imtahanlarının nəticələ-
rinə görə.
Dostları ilə paylaş: