33
Beynəlxalq biznesdə biznes əməliyyatlarının yerinə
yetirilməsində əsas 2 metoddan istifadə edilir:
-
bilavasitə;
-
bilvasitə (dolayı) metodlar.
Bilavasitə metod – istehsalçı (malgöndərən)
ilə son
istehlakçı arasında birbaşa əlaqələri nəzərdə tutur. Bila-
vasitə dolayı metod isə malların ticarət-vasitəçi həlqəsi
vasitəsilə alqı- satqısı kimi başa düşülür.
Firmalar bilavasitə metoddan
daha geniş istifadə
edir ki, buraya aşağıdakı ticarət əməliyyatları aid edilir:
- xarici bazarlarda uzunmüddətli müqavilələr əsasın-
da sənaye xammalının alqı- satqısı;
- iriqabaritli və bahalı avadanlığın ixracı;
- özünün pərakəndə satış şəbəkəsi olan xarici və qız
şirkətləri vasitəsilə standart çoxseriyalı avadanlığın ixracı;
- inkişafda olan ölkələrin fermer–istehsalçılarından
kənd təsərrüfatı məhsullarının satın alınması.
Bilavasitə ixracat və idxalat həm sənaye cəhətdən
inkişaf etmiş, həm də inkişafda
olan dövlət müəssisələri-
nin və idarələrin yerinə yetirdikləri biznes əməliyyatla-
rının əsas hissəsini təşkil edir. Bilavasitə əlaqələrin inkişa-
fında və genişlənməsində-transmilli korporasiyaların
(TMK) özünün yaratdığı və kontragentlər sifətində çıxış
edən xarici qız şirkətlərinin xüsusi rolu vardır. Bu şirkətlər
son istehlakçılarla əlaqəyə
girməklə həm özünün mənsub
olduğu ölkədə, həm də digər ölkələrdə satış və istehsalçı-
larla bilavasitə biznes əlaqələrini genişləndirməyə səy
göstərirlər.
Bilvasitə (dolayı yolla)
beynəlxalq biznes əməliy-
yatları metodu bilavasitə beynəlxalq ticarət əlaqələrinin
güclü inkişafı ilə bağlı xeyli zəifləmişdir.
Buna bax-
34
mayaraq bilvasitə idxal-ixrac əməliyyatları öz əhəmiyyəti-
ni tamamilə itirməmişdir. Beynəlxalq mal dövriyyəsinə
cəlb olunan malların yarıdan çoxu və az öyrənilmiş bazar-
larda nəql etmək üçün bu metoddan istifadə edirlər. Xü-
susən malların satışından sonra xüsusi texniki xidmətlərin
göstərilməsini tələb edən standart növlü maşın və avadan-
lığın
nəql edilməsi prosesində, belə ki, ticarət- vasitəçi
həlqə (firmalar) yerli bazarı yaxşı bilir,
daim işgüzar əla-
qələri olur. Onlar satışla bağlı bütün biznes fəaliyyətlərini,
o cümlədən, sənədlərin rəsmiyyətə salınmasını, reklamın
təşkilini, yarmarka və sərgilərdə istirakçı kimi çıxış
etməyi
və s. əməliyyatları bacarıq la həyata keçirirlər.
Dostları ilə paylaş: