35
2.4.
Beynəlxalq biznesdə investisiyalar
Beynəlxalq biznesdə investisiyaların iki forması
mövcuddur:
1. Birbaşa investisiyalar.
2. Portfel investisiyaları.
Beynəlxalq biznesdə birbaşa investisiyaların xüsusi
yeri vardır. Birbaşa investisiya
qoyuluşunda adətən inve-
stor ölkəsi və investisiya qoyulan ölkələrin razılığının
alınması ilə həyata keçirilir. Birbaşa investisiyaları həyata
keçirən firmalar həm öz ölkəsində, həm də beynəlxalq biz-
nes bazarında müəyyən qədər tanınmış, eyni zamanda ki-
fayət qədər maliyyə və yeni texnologiyalara malik olan
firmalar olurlar.
Birbaşa investisiya qoyulan firmalarla beynəlxalq ti-
carət firmalarının məqsədləri arasında elə bir fərq yoxdur.
Həm xaricdə mülkiyyət sahibi olmağa çalışan
investor
firması, həm də ticarətlə məşğul olan firmanın məqsədləri
aşağıdakılardan ibarətdir:
1. Xarici ölkələrdəki bazarlarda əmtəə satmaq yolu
ilə bazarlarını genişləndirmək.
2. Xarici ölkələrin resurslarını əldə edib onlardan öz
məqsədi üçün istifadə etmək (xammal, effektiv istehsal
texnologiyası, biliklər və s.).
Lakin beynəlxalq ticarətdən fərqli olarq
birbaşa
investisiyaların qoyuluşunda müəyyən dövlət maraqları da
mövcuddur ki, bu da inkişaf etmiş dövlətlərin, inkişaf et-
məkdə olan və ya digər dövlətlərdə öz siyası təsirini gös-
tərmək imkanı yaradır.
36
Birbaşa investisiya qoyan
firmalar bu fəaliyyət sa-
həsində bir sıra üstünlüklər əldə edirlər:
1. Xammalın istehsal ölkəsinə daşınması xərclərin-
dən azad olurlar.
2. Hazır əmtəələrin daşınması xərclərindən azad
olurlar.
3. Müəyyən dərəcədə gömrük rüsumlarından azad
olurlar.
4. Müəyyən risklərdən azad olurlar.
5. İstehsal ölkəsinə yaxın ölkələrin bazarlarında
müəyyən qədər pay əldə etmək imkanı qazanırlar.
Portfel investisiyalarında firma və banklar, birbaşa
investisiyalarda olduğu kimi qoyulan vəsaitlərə nəzarət
olunmur və portfel investisiyası qoyan tərəf sahibkarlıq
hüququ əldə etmir.
Birbaşa investor firmasından fərqli olaraq portfel
investoru şirkətləri yalnız vəsaitə uyğun müəyyən % əldə
etməklə kifayətlənir.
Potfel investorları həmçinin birbaşa investorlardan
kapital qoyuluşunun həcmi ilə fərqlənir. Yəni, potfel in-
vestisiyalarında
vəsait qoyuluşunun həcmi, birbaşa inves-
tisiyalara nisbətən dəfələrlə aşağı olur.
Dostları ilə paylaş: