Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə22/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   126
beynelxalq-biznes

Rəqabət siyasəti bütün dünyada milli və dövlətlər 
üstü təşkilatları narahat edən məsələlərdəndir. Öz bazar-
larında artıq hakim vəziyyətdə olan firmalar arası birləşmə 
və udulma isthelakçı və ictimai maraqların müdafiəsi tə-
min olunmadığı təqdirdə məhdudlaşdırılacaq. 
 
Böyük Britaniyada səhiyyə, nəqliyyat və təhsil ki-
mi sferalarda mövcud olan ictimai-fərdi fondların yara-
dılması təşəbbüsü bir çox firmalara əvvəllər onlar üçün 
bağlı olan sektorlarda işləmək imkanı verir. Buna bax-
mayaraq, dəyərlərin pulla alınması və kommunal xidmət 
üzərində nəzarət kəskin (kritik) problem olaraq qalır. 


45 
 
Tullantıların miqdarının azaldılması təşəbbüsləri 
tullantılardan istifadə etməyə və tullantıların yığılması və 
kənarlaşdırılmasına marağı yenidən artırdı. 2012-ci ildə 
Böyük Britaniyada məişət məqsədləri üçün tullantıların 
14%-dən, Almaniyada isə 50%-dən təkrar istifadə olun-
muşdur. AB-nin direktivləri və ətraf mühitin çirklənməsi-
nə və qlobal istiləşməsinə ictimai narahatçılıq bu sferada 
təcrübə və biliyi olan firmalar üçün geniş imkanlar açdığı 
halda, digər firmalar tullantıların miqdarının azaldılması 
və enerji istehlakının həcminin azaldılması zəruriyyəti ilə 
üzləşirlər.
 
3.3. Əmtə və xidmət ticarətinin inkişafında iqtisadi 
mühitin rolu 
 
Dünya ticarətində əmtələrin ticarəti ilə yanaşı xid-
mətlərin ticarəti getdikcə daha da genişlənir. Bura müx-
təlif təyinatlı fəaliyyət növləri daxildir: 
- xarici ticarətin yerinə yetirilməsi ilə əlaqədar olan 
və əmtələrin xərclərinə aid olan daşıma (dəniz, quru və 
digər nəqliyyat və sığorta) xidmətləri
- texnologiyanın mübadiləsi ilə əlaqədar olan xid-
mətlər, o cümlədən əsaslı tikinti, texniki əməkdaşlıq, ida-
rəetmə xidmətləri; 
- gəlir gətirən turizm, səyahət və işgüzar gəzinti xid-
mətləri; 
- kapitala görə gəlirlə əlaqədar olan ödəmələr, bank 
xərcləri, lizinq; 
Bütün bu fəaliyyət növlərini birləşdirən başlıca cə-
hət ondan ibarətdir ki, onlar bir və ya bir neçə ölkənin 
vətəndaşları arasında olan qeyri-əmtəə sövdələşmələridir 


46 
ki, bunlara görə də beynəlxalq ticarətin tərkib hissəsi kimi
tədiyyə balansında əks olunan ödənişlər həyata keçirilir. 
Bir sıra mütəxəsislərin fikrincə 1980-cı illərin sonu-
na dünya ÜMM–nun 70% xidmətlərin payına düşsədə, 
beynəlxalq ticarətdə onun çox az hissəsi təmsil olunur. 
Son dövrlərdə beynəlxalq mübadilədə onun xüsusi çəkisi 
sürətlə artmaqdadır və beynəlxalq dövriyyəyə yeni-yeni 
xidmət növləri çıxarılmaqdadır. Hazırda bu xidmət növləri 
600-dən çoxdur. BMT-nin beynəlxalq standartlaşdırılmış 
sənaye təsnifatına görə xidmətlər satılmayan əmtələrə,yəni 
istehsal olunduğu ölkədə istehlak olunan və ölkələr ara-
sında yerini dəyişməyən əmtələrə aiddir. Xidmətlər 6 
qrupdan ibarətdir: 
- komunal xidmətləri və inşaat; 
- topdan və pərakəndə ticarət, restoranlar və meh-
manxanalar, turist bazaları və kempinqlər; 
- yolasalma, saxlama, və rabitə,maliyə vasitəçiliyi; 
- müdafiə və məcburi sosial xidmətlər; 
- təhsil,səhiyyə və ictimai işlər
- digər məişət və şəxsi xidmətlər. Beynəlxalq müba-
diləyə getdikcə daha çox çıxarılan informasiya və konsal-
tinq xidmətləridir. 
Xidmətlərin Transmilli şirkətlərin beynəlxalq isteh-
sal fəaliyyətinin tərkib hissəsinə çevrilməsi, xidmətlər ba-
zarının beynəlxalq, regional və sahə səviyyəsində tənzim 
edilməsini zəruri etdi. Hal-hazırda fəaliyyət göstərən tən-
zimlənmə sistemi bir neçə səviyyədə fəaliyyət göstərir ki, 
bunların da hər birinə uyğun müvafiq beynəlxalq xüsusi
təşkilatları vardır. Məs: Beynəlxalq mülki aviasiya təş-
kilatı, Ümumdünya turizm təşkilatı, Beynəlxalq dəniz təş-
kilatı və s. 


47 
1986-cı ildə Urquvayda əldə olunmuş QATT (ticarət 
və tariflər üzrə baş saziş TTBS) razılaşmasına görə qlobal 
miqyasda xidmətlərin ticarətini tənzimləmək üçün yeni
Xidmətlərin ticarəti üzrə baş razılaşma əldə olundu. Bu 
razılaşmaya görə xidmətlərin ticarətində liberallaşma siya-
səti həyata keçirilməlidir. Liberallaşma telekomunikasiya, 
nəqliyyat və maliyyə sferalarını əhatə etməlidir 
1yanvar 1995-ci ildən ehtibarən xidmətlərin ticarə-
tinin tənzim edilməsi razılaşmaları özünün müvafiq sənəd-
lər paketi ilə Ümumdünya ticarət təşkilatının tərkibində 
fəaliyyət göstərir.
İqtisadi sistemlər, kapitalist, sosialist və qarışıq sis-
temlər kimi təsnifləşdirilir.
Bundan başqa iqtisadi sistemləri ehtiyyatlara nəzarət 
və ehtiyyatların paylanması metodu ilə təsnifləşdirmək də 
mümkündür. Bu təsnifləşdirmədə bazar iqtisadiyyatı və ya 
xüsusi mülkiyyət, ictimai mülkiyyət formalarına da böl-
mək olar.
Bazar mexanizmi birbaşa kəmiyyət, qiymət, tələb və 
təklif əlaqələrinin qarşılıqlı təsiri ilə bağlıdır. Alıcının 
müstəqilliyi istehsal olunan məhsulun seçilməsinə birbaşa 
təsir göstərir.
Sərbəst bazar iqtisadiyyatında bazara yalnız üç amil 
təsir göstərə bilir: 
1. İri müştərək müəssisələrin fəaliyyəti, (kooperasi-
ya) ehtiyyatların alınması və satışın artırılması vasitəsi ilə 
bazara təsir göstərmək imkanına malikdir.
2. Həmkarlar təşkilatı əmək bazarında sahibkarların 
fəaliyyətinə əlavə güzəştlər, əmək haqqının artırılması tə-
ləbləri ilə təsir göstərə bilərlər.


48 
3. Dövlət siyasəti birbaşa dövlətin iqtisadi siyasətinə 
uyğun olaraq təsir edir.
Mərkəzləşmiş iqtisadiyyatda bütün mülkiyyət və iq-
tisadi ehtiyyatlar dövlətin əlində cəmləşir. Bu zaman kim, 
nə qədər, kimin üçün, istehsal edəcək məsələsi dövlət tərə-
findən tənzimlənir.
Bu iqtisadi sistemlərdə dövlət proqramı, beşillik 
planlar mövcud olmaqla məhsul istehsalını dövlət illər 
üzrə planlaşdırır.
Qarışıq iqtisadiyyatda müxtəlif dərəcədə bazar iqti-
sadiyyatı ilə mərkəzləşdirilmiş iqtisadiyyat arasında, eyni 
zamanda şəxsi mülkiyyətlə ümumi mülkiyyətin hər bi-
rindən istifadə olunur. Burada dövlət mülkiyyətində bəzi 
sahələr birləşdirilməklə xüsusi mülkiyyət formasından da 
istifadə olunur.
Kapitalın beynəlxalq hərəkətinin mahiyyətinin izah 
edilməsinə iki yanaşma mövcuddur. Bir qrup iqtisadçılar 
üçün kapitalın beynəlxalq hərəkəti istehsalın bir amilinin
bir ölkədən digərinə hərəkətindən ibarətdir ki, bunun da 
əsasında ölkələrdə tarixən yaranmış iqsadi, texnoloji və 
maliyyə ehtiyatlarının müxtəlif səviyyələrdə mövcud ol-
ması durur.
Mədəniyyətin fərqliliyi də öz növbəsində beynəlxalq 
biznesin inkişafına təsir edir. Dünya ölkələrini inkişaf sə-
viyyəsinə, yaranma tarixinə, mədəniyyətin formalaşması-
na, adət-ənənələrin, dini mənsubiyyətlərinə və s. Amillərə 
görə təsnifləşdirmək mümkündür. Hazırda mədəniyyətlər 
ümumiləşdirilmiş şəkildə iki yerə Şərq və Qərb mədəniy-
yətinə bölünür.
Qərb mədəniyyətinin kökü Qədim Yunanıstana söy-
kənməklə, İtaliya, Roma mədəniyyətinə əsaslanır. Bu gün 


49 
Avropa ölkələri, həmçinin ABŞ, İngiltərə və bu kimi 
ölkələr Qərb mədəniyyətinin daşıyıcılarıdır.
Şərq mədəniyyətini isə iki qrupa bölmək olar:
1. Qədim Misir və Babilistan mədəniyyəti. 
2. Qədim Çin, Hindistan və Yapon mədəniyyəti.
Dünya mədəniyyətinin müasirləşməsi, inkişafı bu 
gün davam etməkdədir. Lakin yenə də bu mədəniyyətlər 
bir – birindən müəyyən amillərlə dini fərqlərlə, zövq, adət-
ənənə, həyat tərzi, coğrafi iqlim şəraiti, təbii ehtiyyatlara 
əsaslanan istehsal növləri, yaşam tərzi, əxlaqi keyfiyyətlər 
və s.aid edilə bilər. 
İnsanları bir – birindən fərqləndirən əsas cəhətlər 
aşağıdakılardır:
1. İrq mənsubiyyəti.
2. Dil mənsubiyyəti.
3. Milli mənsubiyyəti. 
4. Dini mənsubiyyəti . 
5. Yaşanılan ərazinin təbii iqlim şəraitinin fərqliliyi 
6. Adət ənənələrin fərqliliyi.
7. Mədəniyyət fərqliliyi və s.
Beynəlxalq biznesdə ümumilikdə və ayrı – ayrılıqda 
hər bir ölkənin mədəniyyəti də nəzərə alınmalıdır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin