Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə29/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   126
beynelxalq-biznes

4.4. Valyuta dönərliliyi 
 
Bəzi ölkələrdə xarici valyutaların əldə olunmasına 
müxtəlif məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər id-
xalın lisenziyalaşdırılması, bir neçə valyuta kursunun tət-
biqi, idxal depozitinə qoyulan tələblər, kvotaların tətbiq 
olunması və sairə formalarla yerinə yetirilir.
Hökumət dəyişmə kursunu, eləcə də xarici valyuta 
ilə işləyən ixracçı və digər şəxsləri qeydiyyata almaqla xa-
rici valyutanın ölkəyə daxil olması və ölkədən çıxarılma-
sını Mərkəzi Bankın vasitəsi ilə nəzarətə götürür. Belə ki, 
ölkəyə daxil olan bütün biznes əməliyyatlarından gələn 
valyutalar Mərkəzi Banka köçürülür. Dövlət tərəfindən 
müəyyənləşdirilən yəni gətirilməsinə icazə verilən əmtəə-
lərin idxalı üçün lisenziyası olan təşkilatlara valyuta ilə ti-
carət etmək imkanı yaradılır. Nə vaxt ABŞ dolları qiymət-


69 
dən düşür, onda İngilətərənin funt–sterlinqi bahalaşır və 
ya əksinə. Valyuta məzənnəsində baş verən dəyişikliklər 
isə əvvəlcə beynəlxalq əlaqələrdə iştirak edən bütün mal 
və xidmətlərin bazar qiymətlərinə, sonra isə bunlar vasitə-
si ilə digər bazarlara təsir göstərərək iqtisadiyyatda əsaslı 
dəyişikliklərə yol açır. Valyuta bazarlarında valyutaların 
alınıb satıldığı hər gün mətbuatda dərc olunan məzənnələr 
cari və ya həqiqi məzənnə adlanır. Rəsmi məzənnə tətniq 
edən ölkələrdə rəsmi məzənnə də mövcuddur.Valyuta mə-
zənnəsinin yüksəlməsi bir vahid xarici valyuta almaq üçün
daha çox milli pul vermək deməkdir ki, bunun nəticəsində 
milli pul vahidi öz dəyərini itirir. Valyuta məzənnəsinin 
azalması isə əks nəticə doğurur. Valyuta bazarında alış və 
satış məzənnəsi mövcuddur. Alış məzənnəsi rezident ban-
kın xarici valyutanın milli valyutaya aldığı məzənnəyə de-
yilir.
Satış məzənnəsi isə onun xarici valyutanı milli val-
yutaya satdığı məzənnəsidir. Düz qiymətləndirmədə (koti-
rovkada) satış məzənnəsi alış məzənnəsindən yüksək olur. 
Bu fərq marja adlanır.
Bəzi ölkələrdə daha çox ehtiyac duyulan malların 
alınması üçün valyuta kursları aşağı, digər əmtəələrə isə 
valyuta kursları yuxarı həddə hesablanır.
Bir sıra ölkələrdə valyuta sertifikatlarının alınması 
üçün tələbnamələrin lazım olan vaxtdan 20 gün və ya 1 ay 
əvvəl təqdim olunması qaydaları da mövcuddur.
Bir sıra ölkələrdə isə konkret məqsədlər üçün ayrılan 
valyutanın miqdarına məhdudiyyətlər qoyulur.
Valyutanın dönərliliyi maliyyə bazarında əsas amil-
lərdən biridir. Bir valyutanın başqa bir valyutaya dəyişdi-
rilməsi dərəcəsinə valyuta dönərliyi deyilir.


70 
Valyuta dönərliliyinin iki tərəfi mövcuddur: 
1. Qeyri- rezident. 
2. Xarici dönərlilik.
Məsələn, bu gün Fransada istər Fransa vətəndaşı 
olanlar, istərsə də qeyri fransızlar üçün Fransa banklarında 
olan pul vəsaitlərini Fransa frankı, dollar, evro və v.s. val-
yutalarla ala bilərlər. Eyni zamanda qeyd olunan istənilən 
valyuta formasında ölkədən çıxara bilərlər.
Amma bir sıra ölkələrdə qeyri – rezident (yəni ölkə 
vətəndaşları olmayanlar) dönərliliyinə icazə verilmir.
Keçmiş SSRİ-də və onun ərazisində olan dini müstə-
qil dövlətlər birliyində bu qayda indi də davam etməkdədir.
Qeyri – rezidentlər üçün bazarda valyuta dönərliliyi 
problemdir. Ona görə də bu ölkələrə investisiya qoyuluşu 
o qədər də səmərəli deyil və investorlar daha ehtiyyatlı ya-
naşırlar. 
Azərbaycan Respublikasında bir qayda olaraq xarici 
vətəndaşlara 1000, rezidentlərə isə 10000 dollar sərbəst 
şəkildə ölkədən çıxarmağa icazə verilir. 
Möhkəm valyuta o valyutaya deyilir ki, bir qayda 
olaraq dönərli olur və dəyəri demək olar ki, stabil şəkildə 
uzun müddət dəyişməz qalir.
Tam dönərlilik olmayan ölkələrdə adətən dövlətin 
nəzarət edə bilmədiyi ―qara bazar‖ deyilən qeyri rəsmi 
valyuta ticarəti mövcud olur.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin