Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə32/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   126
beynelxalq-biznes

 
 
 


77 
5.2.İqtisadi inteqrasiyaların əsas formaları 
 
İqtisadi inteqrasiyanın əsas formalarına aşağıdakılar 
aiddir: 
1. Azad iqtisadi zonalar
2.Gömrük birliyi;
3. Ümumi bazar;
4. Tam iqtisadi inteqrasiya.
Tam iqtisadi inteqrasiya mərhələsində pul – kredit, 
sosial siyasət, iqtisadi inkişaf strategiyası, vergi tutma, 
eləcə də milli orqan üzərində hər bir üzv ölkə üçün qəbul 
etdiyi qanunların sözsüz yerinə yetirilməsi vacib olan bir 
təşkilatın yaradılmasıdır. Bu təşkilat həmçinin siyasi inteq-
rasiyanın səviyyəsini də müəyyənləşdirir.
Avropa Parlamentinin təsis olunması Birləşmiş Av-
ropanın, yəni Avropa Birliyinin iqtisadi inteqrasiyasından 
daha vacib olan siyasi inteqrasiyanı formalaşdırmış oldu. 
Vahid Avropa Bankının yaradılması isə vahid pul – kredit 
və vahid valyuta siyasətinin formalaşmasına səbəb oldu. 
Azad iqtisadi zonaların yaradılmasının əsas məqsəd-
ləri aşağıdakılardır: 
1. Azad iqtisadi zonada və onun yaxın hüdudlarında 
işçi qüvvəsinin məşğulluğunun təmin olunması. 
2. Ölkəyə xarici investisiyaların cəlb olunması.
3. Xarici bazara çıxarıla biləcək məhsul istehsalını 
mənimsəmək. 
4. Müvafiq zonanın xammalından, qüvvəsindən, is-
tehsal potensialından daha dolğun istifadə etmək. 
5. Offşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq.
6. Xarici mütərəqqi texnika və texnologiyanı müva-
fiq zonaya cəlb etmək. 


78 
Azad iqtisadi zonaların yaradılmasında stimullaşdır-
ma məqsədi ilə müəyyən güzəştlər tətbiq olunur ki, bu da 
aşağıdakılardır: 
1. Gömrük güzəştləri;
2. İcarə güzəştləri;
3. Valyuta dəyişmələrində güzəştlər;
4. Viza sadəliyi;
5. Vergi güzəştləri;
6. Normativ – hüquqi güzəştlər. 
Azad iqtisadi zonalar şərt olaraq aşağıdakı spesifik 
xüsusiyyətlərə görə təsnifləşdirilir.
1. Güzəştli gömrük strategiyası:
2. Valyuta portları;
3. Rüsumsuz anbarlar.
2. Güzəştli vergi və gömrük strategiyası: 
1. Export sənaye zonaları; 
2. Sənaye parkları.
3. Güzəştli xidmət zonaları: 
1. Bank zonaları;
2. Texnoloji zonalar. 
4. Komplekslə çoxfunksiyalı zonalar: 
1. Azad şəhərlər
2. Azad zonalar.
1973-cü il 18- mayda Kiotoda keçirilən gömrük pro-
sedurlarının sadələşdirilməsi, harmonikləşdirilməsi üzrə 
beynəlxalq sənəddə qeyd olunurdu ki, azad zona (franko 
zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa 
düşülür. Burada məhsullara milli gömrük ərazisindən 
kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt 
kimi baxılır, buna görə də onlar gömrük nəzarətindən ke-
çirilmir və vergiyə cəlb edilmirlər. Başqa sözlə qeyd etsək, 


79 
Azad İqtisadi Zonalar – xüsusi rejim altında fəaliyyət gös-
tərən ölkə ərazisinin bir hissəsidir. Qeyd edə ki, azad iqti-
sadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qa-
nunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət 
göstərirlər, onların bu fəaliyyəti qanunla tənzimlənir. Bu 
da özündə aşağıdakı göstərilən vacib məsələləri əhatə edir:
- gömrük tənzimlənməsi;
- vergiyə cəlbetmə;
- lisenziyalaşdırma;
-viza rəsmiləşdirilməsi;
- bank fəaliyyəti;
- mülkiyyət və girov münasibətləri (o cümlədən, tor-
pağa sahiblik hüququna dair məsələlər);
- imtiyazın (konsessiyanın) verilməsi;
-azad zonanın idarə edilməsi və s.
Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlə-
rindən biri də əmək, sosial qanunvericilik aktlarının bu cür 
ərazilərdə tətbiq olunmasıdır. 
Azad zonaların
müxtəlif
problemlərinə həsr edilmiş müasir nəzəri məsələlərdə on-
ların mahiyyəti daha geniş izah olunur: qeyd edəki, onlar 
dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin 
azaldılması aləti kimi göstərilir. Onuda qeyd edəki, ―azad 
zona‖ anlayışına bu cür izahat verilməsi, onun təsərrüfat-
laşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar 
demək olarki, bütün prosesləri əhatə etməsi deməkdir. 
Belə yanaşmaya görə ―azad zona – təkcə ayrılmış, xüsusi 
bir coğrafi ərazi deyil, və milli iqtisadi məkanın bir hissəsi 
olmaqla, ölkənin digər yerlərində istifadə olunmayan 
müəyyən güzəşt sistemi tətbiq edilir". Azad iqtisadi zona-
ların aşağıdakı xarakterik cəhətləri mövcuddur: 


80 
- müxtəlif növ güzəşt, stimulların tətbiqi, o cümlə-
dən: 
- xarici ticarətdə güzəştlər (idxal - ixrac rüsumlarının 
azaldılması və ya ləğvi, xarici ticarət fəaliyyətində əməliy-
yatların sadələşdirilməsi); 
- fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin, 
vergilərin həyata keçirilməsi baxımından stimullaşdırılma-
sını nəzərdə tutur. Qeyd olunan bu güzəştlər vergi bazası 
(gəlir və ya mənfəət, əmlakın dəyəri və s.göstərmək olar.) 
Fiskal güzəştlərin ayrı-ayrı komponentlərini (əmək haqqı-
na, elmi-texni tərəqqiyə, amortizasiya ayırmalarına və 
nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini 
və vergilərdən müvəqqəti və ya daimi azadolmalar kimi 
məsələləri əhatə edir; 
- maliyyə güzəştləri – subsidiyaların müxtəlif forma-
larını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri, güzəştli 
dövlət kreditləri hesabına – birbaşa və kommunal xid-
mətlərin aşağı qiymət qoymaqla həyata keçirilməsi, torpaq 
sahələrindən səmərəli istifadə etmək üçün icarə haqqının 
azaldılması yolu ilə - dolayı formalarda tətbiq edilə bilər. 

inzibati (administrativ) güzəştlər – müəssisələrin 
qeydiyyatdan keçirilməsi və xarici vətəndaşların ölkəyə 
girişi, çıxışı prosedurlarınının daha da sadələşdirilməsini 
nəzərdə tutur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin