91
- torqun təşkilatlarına tender təklif etməklə torqda
(sövdələşmədə) iştirak etmək;
- ticarət sənaye sərgilərində və yarmarkalarda iştirak
etmək;
- mümkün alıcıya (seçdiyi kontragentə) konkret saziş
(müqavilə) bağlamaq üçün məktub göndərmək;
- telefon, teletayp, yaxud telefaks vasitəsilə müqavilə
şəraitinə razılığın nəticəsi kimi müqavilənin formasını
göndərmək;
- reklam elanları yerləşdirmək, alıcıya kataloqlar,
preyskurantlar, prospektlər göndərmək və idxalçının milli
bazarında reklam təşkilatı təşkil etmək və həyata keçir-
mək.
İdxal –ixrac əməliyyatlarında təşəbbüs ixracatçı (sa-
tıcı) tərəfindən olduğu halda, təklifi (oferti) birinci o gön-
dərir. Ofert- yazılı təklifdir. Bu təklifi göndərən ölkə
(firma) isə bu halda ― oferent‖ adlanır.
Beynəlxalq ticarət təcrübəsində 2 cür ofert fərqlən-
dirilir: möhkəm (səbatlı) ofert oferent tərəfindən konkret
bir alıcıya müəyyən partiya (dəst) malın satışı üçün
göndərilən yazılı təklifdir. Bu halda satıcı öz təklifi ilə
bağlı olduğu üçün başqasına eyni təklifi edə bilməz. Buna
görə də yazılı təklifdə icra müddətini də göstərmək
lazımdır. Əgər kontrofert satıcıya özünün bəzi narazılıq
şərtlərini bildirirsə və satıcı onları qəbul edirsə, bu halda
o, yəni oferent yazılı formada razılığa gəlir. Əks təqdirdə
oferent ya həmin ofert üzrə öhdəçiliyindən azad olduğunu
bildirməli, yaxud da idxalçıya yeni ofert göndərməlidir.
Sərbəst ofert. Bu növ ofertlə bir qayda olaraq eyni
Dostları ilə paylaş: