Müasir şəraitdə iqtisadi sistemin və təsərrüfat həya-
tının mühüm elementlərindən biri investisiya və investi-
siya qoyuluşları hesab olunur. İnvestisiya dedikdə pul və
real kapitala qoyulan vəsaitlər başa düşülür. Yəni bu özü-
nü pul vəsaitləri, kreditlər, qiymətli kağızlar, daşınan və
daşınmayan əmlaka, intellektual mülkiyyətə və s. sahələrə
qoyulan vəsaitlər şəklində büruzə verir. Real kapitala qo-
yulan investisiyalar əsas kapitalın təkrar istehsalına və bu
kapitalın özünü bərpasını əmələ gətirirlər. İnvestisiya qo-
yuluşları subyektlər tərəfindən həyata keçirilir ki, bu da
birbaşa dövlət maraqlarının təmin edilməsinə xidmət edir.
121
İnvestisiyanın mahiyyəti müxtəlif cəhətlərlə xarakterizə
olunur. Belə ki, mühasibat nöqteyi nəzərdən investisiya
məvhumunu təsərrüfat sferasında hər bir aktivləri, həmçi-
nin maliyyə və real kapitalı əhatə edir. Real kapitala əsas-
lanan çıxış edən investisiyalar kapital formalı və ya qeyri-
maliyyə aktivləri kimi çıxış edir. Real kapitala əsaslanan
investisiyalar əsas fondlarının təkrar istehsalını istiqa-
mətləndirir, yəni investisiya birbaşa təkrar istehsala, əsas
fondların yaradılmasına və ya yenilənməsinə yönəldilir.
Maliyyə kapitalına əsaslanan investisiyalara gəldikdə isə
onlar qiymətli kağızlar və kreditlər kimi çıxış edir. Maliy-
yə kapitalına əsaslanan investisiyaların reallaşdırılmasında
onların müəyyən bir qismi dərhal, qalan bir hissəsi isə
müəyyən müddətdən sonra real kapitala çevrilir.
İqtisadiyyatda həmçinin maliyyə kapitalının real ka-
pital ilə əvəzlənməməsi də mövcuddur. Buna misal olaraq
alınmış və ya buraxılan qiymətli kağızları göstərmək olar.
Digər tərəfdən maliyyə kapitalına əsaslanan investisiya
gələcəkdə ölkənin real kapitalına əsaslanan investisiya qo-
yuluşlarının həyata keçirilməsində əsas rol oynayır.
İnvestisiyaya pul qoyuluşu etməklə onun dəyərini
saxlamaq, artırmaq və ya gəlirliliyinin təmini üçün 7
vasitə rolunu oynayır. İnvestisiya sərbəst pul kütləsi hesab
olunur. Çünki, pul kütləsi inflyasiya zamanı heç bir gəlir
gətirmədən dəyərini itirə bilir. Əgər eyni miqdarda pul
sərbəst şəkildə deyil müəyyən bir banka qoyulmuşdursa,
artıq o investisiya kimi dəyərləndirilir və gəlir gətirməsi
mümkündür. İnvestisiya fəaliyyəti müxtəlif cür təzahür
edir. Bunlar aşağıdakılardır:
- investorun öz vəsaiti hesabına;
- borc vəsaiti hesabına;
- cəlb olunan vəsaitlər hesabına;
122
- büdcə və qeyri-büdcə fondlarının vəsaitləri hesa-
bına.
Makroiqtisadi baxımdan investisiyalar ikili məna
kəsb edirlər: