159
5. İstehlakçıların qiymətləri –
mahiyyətcə kataloq
qiymətləri ilə eynidir və adətən bazar qiymətlərindən aşağı
olur.
Dünya əmtəə bazarlarında qiymətəmələgəlmə ilə
bağlı prosesləri təhlil edərkn qiymətlərin əmələ gəlməsinə
istər
ümumi qaydada, istərsə də sırf tətbiqi olaraq təsir
göstərən bütün amilləri diqqətlə öyrənmək lazımdır.
Təsirin
xarakteri, səviyyəsi və sferalarına görə qiy-
mətəmələgətirən amilləri beş qrupa ayırmaq olar:
1.
Ümumiqtisadi amillər –
məhsul növündən və
onun konkret istehsalı və satışı şəraitindən asılı olmayaraq
fəaliyyət göstərənlər:
- İqtisadi tsikl;
- Məcmu tələb və təklifin vəziyyəti;
- İnflyasiya;
2.
Konkret iqtisadi amillər – verilmiş məhsulun
xüsusiyyətləri, onun istehsalı və satışı şərtləri ilə müəyyən
olunanlar:
- xərclər;
- mənfəət;
- vergilər və yığımlar;
- konkret qarşılıqlı əvəz
edilə bilən əmtəələr üzrə
tələb və təklif;
- istehlak xüsusiyyəti: keyfiyyət, etibarlılıq,
xarici
görünüş, nüfuz;
3.
Spesifik amillər – yalnız bir neçə əmtəə və xid-
mət növünə münasibətdə fəaliyyət göstərənlər:
- mövsümilik;
- istismar
xərcləri;
- komplekslilik;
- zəmanətlər və servis şərtləri;
160
4.
Xüsusi amillər –
xüsusi mexanizm və iqtisadi
alətlərin fəaliyyəti ilə bağlı olanlar:
- dövlət tənzimlənməsi;
- valyuta məzənnəsi;
5. Kənar iqtisadi amillər:
- siyasi;
- hərbi;
- dini;
- etnik ; və s.
Dostları ilə paylaş: