179
Danışıqların aparılması üçün yerin seçilməsi də va-
cib məsələlərdən biridir. İkitərəfli razılaşmalar prosesi
adətən ilkin danışıqların müvəffəqiyyətlə başa çatmasın-
dan sonra baş verir. Belə ki, hər iki ölkənin nümayəndə
heyəti layihəni bəyənir, şərtləri qəbul edir və müqaviləni
imzalamağa hazırdır. Lakin gələcəcək fəaliyyətdə müəy-
yən dövlət təminatlarına ehtiyac vardır.
Bu zaman dövlətlərarası ikitərəfli razılaşma prosesi
baş verir. İkitərəfli razılaşmalar, investor ölkəsinə, müha-
ribələr, valyuta kurslarının dəyişməsi və s.proseslər baş
verdikdə bu hadisələrin meydana gəldiyi zaman ödənişlərə
təminat verir.
Lakin nəzərə almaq lazımdır ki, hələ praktikada bu
məsələlərin həll edilməsi üçün konkret mexanizm mövcud
deyil. Bu firmaların öz arasında danışıqlar yolu ilə həll
olunur. İşgüzar görüşü təşkil etməzdən əvvəl onun məqsə-
dini aydın təsəvvür etmək lazımdır. Bu cür görüşlər sadə-
cə tanışlıq xatirinə də, lobbiçilik məqsədi ilə də, konkret
təklif irəli sürmək üçün də keçirilə bilər. İstənilən halda
dəvət etdiyiniz şəxs görüşün məramı barədə əvvəlcədən
ətraflı məlumatlandırılsa, bu, danışıqların daha səmərəli
olmasına kömək edər.
Görüş zamanı ortaya çıxa biləcək kommunikativ ma-
neələr barədə də əvvəlcədən tədbir görmək pis olmaz. Nə-
zəriyyəçilər belə maneələrin bir neçə növünü qeyd edirlər.
Anlama maneəsi. Bu, o zaman baş verir ki, danışan
şəxs öz fikrini dəqiq və aydın ifadələrlə çatdıra bilmir və
qarşı tərəf onun nə istədiyini anlamır. Buraya təcrübəsiz
tərcüməçi vasitəsilə danışıqlar zamanı yaranan anlaşılmaz-
lıqları da əlavə etmək olar.
Dostları ilə paylaş: