Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə74/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   126
beynelxalq-biznes

Sosial-mədəni maneə. Bu cür maneələr adətən müx-
təlif millətlərin nümayəndələri və ya müxtəlif cinsə, peşə-


180 
yə, yaş qrupuna məxsus şəxslər arasında danışıqlar zamanı 
baş verir. 
Münasibətlər maneəsi. Sırf psixoloji fenomen olan 
bu maneə tərəf-müqabillər arasında etibarsızlıq, bir-birinə 
qarşı ikrah hissi yarananda ortaya çıxır. 
Bir sıra psixoloqlar insanlar arasındakı ünsiyyət za-
manı hərəkətlərin xüsusi rolunu qeyd edirlər. Məsələn, 
A.Piz «Hərəkətlərin dili. İşgüzar adamlar üçün vəsait» ki-
tabında qeyd edir ki, kommunikasiya prosesində informa-
siyanın yalnız 7%-i sözlə çatdırılır. Onun 38%-i intonasiya 
və səsin tembri ilə, 55% isə əllərin hərəkəti, sifətin mimi-
kası və danışan şəxsin xarici görüşü ilə ötürülür. 
Bu cür dəqiq statistikaya həsas yanaşanlar çoxdur. 
Bununla belə, danışıqlar zamanı intonasiyanın, mimikanın 
və xüsusilə hərəkətlərin oynadığı rolu inkar etmək olmaz. 
Bu qeyri-verbal kommunikasiya üsulları həmsöhbətə 
müəyyən psixoloji təsir göstərir. Əgər siz danışıq zamanı 
mimikanızı və hərəkətlərinizi idarə edə bilirsinizsə, böyük 
üstünlük qazanmış olursunuz. 
Bunun əksi olaraq, ifrat bədən dili (jestikulyasiya) 
adətən natiqin söz ehtiyatının çatışmazlığına və onun 
nitqinin zəifliyinə dəlalət edir. Gedişlər və intonasiya 
deyilən sözlərin emosional təsirini artırmalıdır, lakin bu, o 
zaman müsbət nəticə verir ki, həmsöhbətə xoş gəlsin, 
onun psixikasına təzyiq etməsin. Mimika isə deyilənlərə 
reaksiya verməyin ən yaxşı üsuludur. 
Bütün bunlar, əlbəttə, nəzəriyyədir. Nəzəriyyəni isə 
bilmək lazımdır. Lakin onu da unutmaq olmaz ki, bəzən 
qeyri-standart danışıq və davranış tərzi (azacıq pəltəklik, 
yüksək emosionallıq, ucadan gülmək), müəyyən formal 
etik normalara məhəl qoymamaq ətrafdakılara xoş təsir 
bağışlayır, çünki bunu edən şəxsin səmimiliyindən və sa-


181 
dəliyindən xəbər verir. (Əlbəttə, bu heç də o demək deyil 
ki, siz harada oldu qəsdən qəhvəni hortultu ilə içməlisiniz) 
İşgüzar danışıqlar haqqında deyilən fikirlərdən birini 
qeydsiz-şərtsiz qəbul etmək olar: belə danışıqlar zamanı 
hiss, emosiya daim ağılın nəzarəti altında olmalıdır və 
əgər həmsöhbətiniz bu nəzarəti itiribsə, ona da kömək et-
mək lazımdır ki, öz emosiyalarını cilovlasın. Bəzi «ağıllı» 
şəxslər belə hallarda yüngül istehza ilə qarşılarındakı qı-
zışmış həmsöhbət üzərində tam qələbə çalmaq istəyirlər. 
Lakin unutmaq lazım deyil ki, görüşünüzün məqsədi qələ-
bə çalmaq deyil, razılığa gəlməkdir. Məğlub olmuş tərəf-
müqabil heç vaxt sizin tərəfmüqabili və ya dostunuz olma-
yacaq. Ona görə də özündən çıxmış həmsöhbəti buna bən-
zər sözlərlə sakitləşdirmək daha düzgün olar: «Müzakirə 
etdiyimiz məsələ ilə bağlı bizim fikirlərimiz üst-üstə düşə 
və ya haçalana bilər, lakin mən istəməzdim ki, söhbətimizi 
bu tonda davam etdirək»; «Əgər məsələnin bu cür qoyulu-
şu sizin heysiyyatınıza toxunursa, öz təklifinizi verin» və s. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin