İqtisadi və Valyuta Birliyi.
İqtisadi və Valyuta Birliyi
(İVB) ticarət blokunun
elə bir formasıdır ki, burada həm iqtisadi ittifaq (ümumi
bazar və gömrük ittifaqı), həm də valyuta birliyi olur.
Bunu sadə Valyuta Birliyindən (məs: Latın Valyuta Bir-
liyi, 19-cu əsr) ayırmaq lazımdır. İVB iqtisadi inteqrasiya-
nın 5-ci səviyyəsidir
.
İVB və Tam iqtisadi inteqrasi-
ya arasında keçid mərhələsi kimi Maliyyə Birliyi forma-
laşdırılır.
Tam iqtisadi inteqrasiya.
188
Tam iqtisadi inteqrasiya
(Tİİ) iqtisadi inteqrasiya-
nın son mərhələsidir. Bu mərhələdən sonra üzvlər iqtisadi
siyasəti tək başına müəyyən edə bilmir və ya çox cüzi
miqyasda həyata keçirirlər. Tam iqtisadi inteqrasi-
ya çoxmillətli təşkilatdan daha çox vahid dövlətə bənzə-
yir. Onun daxilində Vahid İqtisadiyyat formalaşır.
Bunun ən yaxşı nümunəsi 13 koloniyanı özündə bir-
ləşdirən
Amerika Birləşmiş Ştatlarıdır. ABŞ
daxilindəki
Ştatlara yüksək inteqrasiya etmiş yarı-muxtar dövlərlər ki-
mi baxmaq olar. Bu misaldan görünür ki, iqtisadi inteqra-
siyanın son nəticəsi federal səviyyədə idarə edilən siyasi
ittifaqdır
189
FƏSİL 11. AZƏRBAYCANIN NEFT
STRATEGİYASI VƏ BİZNESDƏ ONUN ROLU
11.1. Neft hasilatının tarixi və mərhələləri
Azərbaycan neft istehsalı sahəsində dünyanın ən bi-
rinci ölkəsidir ki, burada neft istehsalına hələ qədim za-
manlardan başlamışdır.
Ərəb coğrafiyaşünası Əbdülhəsən Məsudi İtalyan
səyyahı Makro Polo, Alman səyyahı Engelbert Kemferin,
fransız yazıçısı Aleksandr Düma öz əsəsrlərində Azərbay-
canda hələ orta əsrlərdə neftin mövcud olduğu və istismarı
haqqında şərhlər vermişlər. Ölkəmizdə ilk neft quyusu
1847-ci ildə Abşeron yarımadasında qazılmışdır.
Azərbaycanda neft hasilatı XIX əsrin ortalarında
sənaye xarakteri daşımağa başlamışdır. Ölkənin neft – qaz
hasilatı bir neçə mərhələdən keşmişdir:
1. İntensiv neft hasilatına başlanmasına qədərki dövr
1847-1871-ci illərdə ilk dəfə mexaniki üsulla neft çıxarma
2. Neft hasilatının sənaye üsulu ilə sürətlə inkişafı,
infrastrukturun yaranması, neft sənayesinə xarici və yerli
kapital axını 1872-1920-ci illər.
3. Sovet hakimiyyətinin neft sənayesini milliləşdir-
məsi dövrü və yeni yataqların kəşf olunması 1920-1940-cı
illər.
4. II Dünya müharibəsi və müharibədən sonrakı dövr
1941-1949-cu illər. Bu dövrün sonlarında istehsal artımı
müşahidə olunsa da artım 1933-cü ildəki hasilatı
keçməmişdir.
190
5. 1950-1980-ci illər Quru ərazisindən 290 mln. ton,
1971-ci ildə isə Azərbaycanda 1mlrd. ton hasilat olmuş-
dur.
6. 1981-1991-ci illəri əhatə edən dövr. Hasilat aşağı
düşmüşdür. Mütərəqqi texnologiyaların tətbiqindən kənar-
da qalmışdır, avadanlıqlar köhnəlmiş, yeniləri isə çatışmırdı.
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala,
əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də
özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər
içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə,
dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə
həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iq-
tisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan
Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müs-
təqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının
təmin edilməsinə yönəldilmişdir
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ər-
zində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan
xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan
sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmış-
dır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev düha-
sıdır.
Bütün dünyada qədim neft diyarı kimi tanınmış
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX
əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibi-
heybət yatağında qazılmış quyudan vurmuş neft fontanı
Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılması-
nın əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan
neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış,
dünya neft hasilatının yarısını vermişdir.
191
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft
sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft
sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini
yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,
Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və
əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş,
xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.
İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında
çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni
yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə
böyük rol oynamışdır.
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilo-
metr məsafədə o zaman üçün nadir yataq sayılan Neft
Daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mər-
hələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada
ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin
böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-
texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin
illərdə respublikamızın neft sənayesinin bütün uğurları
Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx
bağlıdır.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin
daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmiş-
dir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəti-
cəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infra-
strukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının iş-
lənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini tə-
min etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gə-
tirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng
strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft
192
emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının
inkişafında böyük sıçrayış olmuşdur.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı
surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçiril-
məsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir.
Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu il-
lərdə respublikanın həyatının bütün sahələrində olduğu ki-
mi neft sənayesində də gördüyü işlər onun uzaqgörən
planlarının – Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli
xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niy-
yətlərinin əsasını təşkil edirdi.
Dostları ilə paylaş: |