208
1. Azad ticarət zonası;
2. Gömrük ittifaqı;
3. Ümumi bazar;
4. Iqtisadi ittifaq;
5. Iqtisadi və valyuta ittifaqı.
Müvafiq inteqrasiyanın beş pilləsini hələlik Avropa
Birliyi keçmişdir.
Beləliklə, iqtisadi inteqrasiya ölkələrarası iqtisadi
əməkdaşlığın ən uyğun səviyyəyə çatdırılmasıdır. İqtisadi
inteqrasiya proses kimi müxtəlif milli təsərrüfatlara mən-
sub olan iqtisadi vahidlər arasında
bütün əngələrin ləğv
edilməsi, vəziyyət kimi həmin maneələrin yoxluğunu ifa-
də edir. Başqa sözlə, iqtisadi inteqrasiya qismən və ya tam
olaraq tarif və qeyri-tarif məhdudiyyətlərin aradan qaldı-
rılmasına yönəlik müxtəlif dövlətlər arasında
iqtisadi si-
yasətin
birləşdirilməsidir. Bu
üzv ölkələrdə istehsalın məh-
suldarlığını artırmaq məqsədilə həm istehsalçılara, həm də
alıcılara aşağı qiymətlər təqdim edir.
İqtisadi inteqrasiyanın bütünləşmə dərəcələrinə
görə fərqli formaları mövcuddur:
1) Sərbəst Ticarət Bölgəsi – tərəf ölkələr öz arala-
rında bütün gömrük rüsumlarını və miqdar kvotalarını ara-
dan qaldırırlar. Bununla belə, üçüncü ölkə qaynaqlı
idxal
mallarına qarşı sərbəst olaraq gömrük tarifləri tətbiq etmək
haqqına sahibdirlər.
Dostları ilə paylaş: