Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə85/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   126
beynelxalq-biznes

2) Gömrük Birliyi – tərəflər aralarındakı gömrük ta-
rifləri və miqdar kvotalarının ləğv edilməsi ilə birlikdə 
üçüncü ölkələrə qarşı ortaq gömrük siyasəti yeritmək öh-
dəliyi götürmüş olur. 
3) Ortaq Bazar – tərəflər gömrük birliyində qəbul 
edilən malların sərbəst hərəkəti ilə birlikdə, öz aralarında 


209 
istehsal amillərinin (əmək, sərmayə) da sərbəst hərəkətinə 
icazə verilməsi öhdəliyini götürürlər. 
4) Iqtisadi Birlik və Pul Birliyi  tərəflər ortaq 
bazar elementlərinin qəbulundan əlavə ölkələrin maliyyə 
və pul siyasətinin də bütünləşməsini, ortaq maliyyə və pul 
siyasətinin tətbiqini qəbul edirlər. 
İlk baxışda inteqrasiya prosesi nisbətən sadə proses 
kimi görünsə də, əslində olduqca mürəkkəb və qarışıq pro-
sesdir. İnteqrasiya prosesinə daxil olan ölkələrin hər biri 
öz ölkəsinin maraqları baxımından hərəkət edir və bu pro-
sesdən maksimum dərəcədə yararlanaraq, maksimum fay-
da əldə etməyə çalışır. Məhz belə maraqların toqquşması-
nın nəticəsidir ki, proses bir neçə il, bəzən bir neçə onillik 
zaman müddətində baş verir, bəzən də ümumiyyətlə uğur-
suzluğa düçar olaraq nəticəsiz qalır. Zənnimcə, qardaş 
Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesi ən bariz 
nümunədir. Üzvlük üçün müraciətdən otuz ildən çox müd-
dət keçsə də, adı çəkilən ölkə bu quruma üzv ola bilmə-
mişdir. Türküyə nümunəsində görünür ki, bir inteqrasiya 
prosesi qədər mürəkkəb və üzun bir prosesdir. 
İqtisadi inteqrasiyanı izləməkdə bəzi iqtisadi və siya-
si səbəblər var.
İqtisadi Səbəblər. 
İqtisadi səbəb üzv ölkələr arasında ticarəti artırmaq-
la, həm istehsalı, həm də məhsuldarlığı yüksəltməkdir. Bu 
qlobal səviyyədə formalaşan iqtisadi inteqrasiyanın əsas 
səbəblərindən biridir. Bu fenomen həm region 
(Qara Də-
niz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) İqtisadi 
Əməkdaşlıq Təşkilatı (İƏT)), həm qitə (ASEAN, NAFTA, -
SACN (Cənubi Amerika Millətlər Birliyi), Avropa İttifa-
qı, Avrasiya İqtisadi İttifaqı), həm də qitələrarası miqyas-


210 
da (Transatlantik Azad Ticarət Zonası (Transatlantic Free 
Trade Area), Şərqi Asiya Hərtərəfli İqtisadi Əməkdaşlıq 
birliyi (Comprehensive Economic Partnership for East 
Asia)) təzahür edir. 
İkinci bir səbəb kimi ölkələrin sahib olduğu nisbi üs-
tünlükləri göstərmək olar. Belə ki, hər hansı şəxs və ya öl-
kə müəyyən məhsul istehsalında digərinə nisbətən marji-
nal faydası daha çoxdur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin