Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


 İpək Yolu layihəsində fəal iştirak etmək



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə90/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   126
beynelxalq-biznes

12.5. İpək Yolu layihəsində fəal iştirak etmək 
üçün GÜAM regional qurumu 
 
 GÜAM bir təşkilat kimi Qərb yönümlü olduğundan 
iqtisadi baxımdan Böyük İpək yolunun açılmasında çox 
maraqlıdır. Aydın məsələdir ki, Böyük İpək yolu Qərb – 
Şərq arasında dəhliz olaraq GÜAM ölkəsini Rusiya və 
onun siyasi təsiri altında olan ölkələrdən asılılıqdan bir 
növ xilas yoludur. Bu baxımdan Təşkilatın perspektivləri-
nə Avropa birliyi və ABŞ – da inananların sayı getdikə ar-
tır. Türkiyə, Rumıniya, Bolqarıstan, Litva və Polşa kimi 
dövlətlər hazırda bu təşkilata maraq göstərirlər.
GÜAM ölkələri karbohidrogen ehtiyyatlarının İpək 
Yolu vasitəsilə Qərb şirkətləri ilə birgə mənimsənilməsi 
və Bakı – Tiblisi – Ceyhan boru kəməri ilə dünya bazarına 
çıxarılması, Şərq – Qərb (TRASEKA) nəqliyyat – kom-
munikasiya dəhlizinin yaradılması, ölkələr arasında azad 
ticarət – iqtisadi əlaqələrin qurulması, təhlükəsizlik sahə-
sində birgə layihələrin reallaşdırılması, sərhədlər və göm-
rük – keçid məntəqələrinin təhlükəsizliyinin və s. məsələ-
lərdə fikir ümumiliyi və birgə maraq nümayiş etdirirlər.
GÜAM təşkilatının İpək Yolu layihəsində yaxından 
iştirak etməsi və dəstəkləməsi ilə bərabər regional kollek-
tiv təhlükəsizlik sistemi yaradaraq NATO-ya inteqrasiya 
olunmaq təşəbbüsündədir. Bu da müvafiq olaraq Rusiyanı 
qıcıqlandırır və bu təşkilata, onun münasibətlərinə təsir 
edir.


224 
Bütün bunlara baxmayaraq ―Böyük İpək Yolu‖ layi-
həsinin həyata keçirilməsi davam etdirilir və bu sahədə 
artıq xeyli iş görülmüşdür.
GÜAM bir təşkilat kimi üzv olan ölkələr arasında 
iqtisadi və siyasi əlaqələrin yaranması kimi formalaşsa da 
sonradan beynəlxalq əməkdaşlıq təşkilatına çevrilmişdir.
GÜAM Xarici İşlər Nazirləri Şurasının bəyənatında 
bu təşkilata üzv olan dövlətlərin ərazisində mövcud olan 
münaqişələrin həlli məqsədi ilə bir sıra tədbirlər görül-
məkdədir. Belə ki, BMT, ATƏT təşkilatlarında birgə möv-
qedən çıxış edərək məqsədyönlü iş aparmaq üçün GÜAM 
dövlətləri arasında razılaşma əldə olunmuş, GÜAM 
dövlətlərinin beynəlxalq təşkilatlar nəzdindəki Daimi Nü-
mayəndəliklərinin fəaliyyət planları qəbul olunmuşdur. Bu 
istiqamətdə aparılan işlərin nəticəsi kimi ―GÜAM ərazi-
sində uzanmış münaqişələr və onların beynəlxalq sülhə 
təhlükəsizlik və inkişafa təsiri‖ adlanan 42 bənd BMT-nin 
61-ci sesiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 
2007-ci il tarixdə bu bənd altında eyni adlı qətnamə layi-
həsi baxılması üçün BMT Baş Assembleyasında rəsmi ya-
yımlanmışdır.
―GÜAM – Avropanın Şərqinə yenidən inteqrasiya 
(dezinteqrasiya) əldə edərək‖ şüarı altında keçirilən 
GÜAM-ın 2008-ci il Zirvə Toplantısı çərçivəsində qəbul 
olunacaq sənəd layihələrinə baxılmış, rəy və təkliflər bil-
dirilmişdir. Azərbaycanda GÜAM Beynəlxalq İnvestisiya 
Fondunun yaradılması məsələsinə baxılmış, bununla əla-
qədar müvafiq təhlillər aparılmışdır. ―GÜAM-ın inkişaf 
strategiyası‖ adlı konfransda müvafiq sənədlər hazırlan-
mışdır.
Azərbaycanın bir illik sədrliyi dövrü GÜAM təşkilatı 
üçün daha uğurlu keçmişdir. Bakı Zirvə Toplantısından 


225 
sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu – York 
GÜAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, 
GÜAM – ABŞ və GÜAM – Polşa görüşlərini 10 oktyabr 
2007-ci il tarixli ―GÜAM+‖ formatında Vilnüsdə GÜAM-
ın 10 illiyinə həsr olunmuş Zirvə Toplantısının 30 oktyabr 
2007-ci il tarixli Vaşinqtonda GÜAM – Abş görüşünü, 29 
noyabr tarixli Madriddə GÜAM Xarici İşlər Nazirliyi Şu-
rasının növbəti iclasını 4-5 dekabr 2008-ci il tarixli Toki-
yoda GÜAM – Yaponiya görüşünü, ―GÜAM ərazisində 
uzadılmış münaqişələr və onların beynəlxalq sülh təhlükə-
sizlik və inkişafa təsiri‖ adlı qətnamə layihəsinin BMT 
Baş Assembleyasında yayılmasını GÜAM – Avropa – İtti-
faqı əlaqələrinin genişləndirilməsi üçün ―GÜAM-ın – Aİ-
da dostları‖ qrupu formatında Avropa İttifaqı dövlətlərinin 
Xarici İşlər Nazirlərinin ekspertləri səviyyəsində görüşü, 
19 mart 2008-ci il tarixli GÜAM Avropa Şurası görüşünü, 
29-30 aprel 2008-ci il tarixli ―GÜAM – tranzit‖ beynəl-
xalq konfranslarını və digər tədbirləri xatırlamaq GÜAM-
ın beynəlxalq bir təşkilat kimi formalaşmasını təsdiqləyir.
GÜAM dövlətləri ilə xarici ticarət dövriyyəsinin 
həcmi 1 mrd. 157 mln. 170 min ABŞ dolları təşkil etmiş-
dir.
Bu isə GÜAM Təşkilatının təkcə siyasi deyil həm də 
iqtisadi bir təşkilat kimi özünü doğrultduğunu təsdiq edir.
GÜAM – bu gün inkişaf etməkdə olan beynəlxalq 
əməkdaşlıq qrumudur.


226 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin