İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği –
- əqdin məbləğinin 0,02%-i həcmində BFB komissiyası;
- investisiya şirkətinin komisyon haqqı: investisiya şirkəti ilə investor arasında bağlanılmış müqavilədən asılı olaraq dəyişir;
- “depo” hesab açılması üçün 10 AZN;
- hesablaşma agentində olan bank hesabına pul köçürülməsi zamanı bank-köçürmə xərci (bankdan asılı olaraq dəyişir).
İstiqraz alıcısı tərəfindən istiqrazların alınması ilə bağlı vergilərin ödənilməsi nəzərdə tutulmayıb.
Fiziki şəxslər vergi məcəlləsinə əsasən faiz ödənişləri üzrə ödəmə mənbəyindən vergidən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində faiz ödənişinin 10%-i həcmində ödəmə mənbəyindən vergi tutulmaqla öz faizlərini alacaqlar. İstiqrazların dövriyyədə olduğu müddətdə müvafiq qanunvericilik dəyişərsə tətbiq ediləcək vergitutma prosesi emitent və anderrayter tərəfindən kütləvi informasiya vasitələri ilə investorlara ötürüləcəkdir.
Dostları ilə paylaş: |