Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri:
“Ferrum Kapital” Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müştərilərə yerli və beynəlxalq faktorinq xidmətləri təqdim edir.
Həmçinin, aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilir:
Lizinq;
Lombard;
Təqdim olunmuş yeni məhsullar və xidmətlər barədə məlumat, onların inkişaf statusu:Mövcud deyil.
Emitentin rəqabət apardığı əsas bazarların təsviri:
Hal-hazırda Azərbaycanda faktorinq xidməti əsasən 2 şirkət tərəfindən təklif edilir:
- Paşa Bank ASC
- Ferrum Kapital MMC
PAŞA Bank 2016-cı ildən etibarən bazarda faktorinq xidmətini göstərir və xidmətləri kiçik və orta bizneslə məşğul olan sahibkarlar üçün nəzərdə tutulmuşdur
Paşabank Faktorinq üzrə aşağıdakı məhsulları təklif edir:
İnvoysların maliyyələşdirilməsi
Alış sifarişi əsasında maliyyələşmə
Kreditorların maliyyələşdirilməsi